Rayon haqqında
Suraxanı sürüşmə zonası
Əhmədli-Günəşli arası - 1Bu sahə əsasən maili və dik yatıma malik yamacla səciyyələnib yarğanların sıx olduğu bir zonada yerləşir. 2003-2004- cii illərdə ərazidə aparılan müayinə işləri göstərmişdir ki, lokal
sahələrdə sürüşmə, yamac eroziyası, suffoziya və s. proseslər bu sahədə daha da
fəallaşmışdır. EGP-in inkişafı yaşayış binaları üçün təhlükə yaratmışdır. Ərazinin geoloji quruluşunda Holosen yaşlı kollüvial (cQ4Yhz), göl-şorakət
(gşQ/iYhz), elüvial-delüvial (edQ4Yhz) və Eopleystosen (Qoa?) yaşlı dəniz
çöküntüləri iştirak edir. Kollüvial (cQ4Yhz) çöküntülər gillər, gilcəler, müxtəlif ölçülü qaya daşları
qırıntıları ilə qanşıq kütlədən ibarətdir. Bu çöküntülərin qalınlığı 0-4 m arasında dəyişir.
Göl-şorakət çöküntüləri (gş ÇXtYhz) qapalı axımsız çökəkliklərdə intişar tapmışdır.
Litoloji cəhətcə güclü şoranlaşmış qum laycıqlarına malik bozumtul rəngli gilcələrdən
və gillərdən ibarətdir.Elüvial-delüvial çöküntülər (edQ4Yhz) yer səthində üstünlük
təşkil etməklə yamacları əhatə edir. Litoloji tərkibcə əhəngdaşı və qumdaşı qırntılarına
malik ağır gilcələrdən təşkil olunmuşdur. Eopleystosenin Ust yarımmərtəbəsi
əhəngdaşı, laylı gil, ağır gilcə, incədənəli qum, orta qumca, habelə onlann növbələşmə
sindən ibarət çöküntü kompleksləri təşkil edir. Sürüşmə sahəsində ekzogen geoloji proseslərin inkişaf etməsi və baş verməsi nəticəsində ərazidə qırılmalar və çökmələr əmələ gəlmişdir. Dağətəyi zona olduğu üçün əsasən yarğanlar sahənin çox hissəsini əhatə edir, onlann uzunluğu bəzən 60-70 m-ə çatır. Bu yarğanlann müxtəlif istiqamətlərdə yaranması sahəni daha çox girintili- çıxıntılı hala salmışdır. Sürüşmə proseslərinin fəallaşması bir sıra yaxınlıqda yerləşən binalarda sənaye və məişət obyektlərində deformasiyaların əmələ gəlməsinə, asfalt yolörtüyünün tamamilə yararsız hala düşməsinə səbəb olmuşdur. Bu proseslərin baş verməsində əsas səbəb sahənin müəyyən hissəsinin dik yatıma malik olması, ərazinin geoloji quruluşu və yamacın aşağı hissələrində mövcud olan gölün olmasıdır. Sürüşmə sahəsinə təsir göstərən amillərdən biri də atmosfer çöküntüləridir ki, bunun da nəticəsində ilin fəslindən asılı olaraq sürüşmə prosesinin dinamikası dəyişir.
Əhmədli-Günəşli arası - 2
Qaraçuxur Bu sahə əsasən maili və dik yatıma malik yamacla səciyyələnib yarğanların sıx olduğu bir zonada yerləşir. Sürüşmə sahəsində ekzogen geoloji proseslərin inkişaf etməsi və baş verməsi
nəticəsində ərazidə qırılmalar və çökmələr əmələ gəlmişdir. Dağətəyi zona olduğu
üçün əsasən yarğanlar sahənin çox hissəsini əhatə edir, onların uzunluğu bəzən 60-
70 m-ə çatır. Bu yarğanların müxtəlif istiqamətlərdə yaranması sahəni daha çox
girintili-çıxıntılı hala salmışdır. Sürüşmə proseslərinin fəallaşması bir sıra
yaxınlıqda yerləşən binalarda sənaye və məişət obyektlərində deformasiyaların
əmələ gəlməsinə, asfalt yol örtüyünün tamamilə yararsız hala düşməsinə səbəb
olmuşdur. Bu proseslərin baş verməsində əsas səbəb sahənin müəyyən hissəsinin
dik yatıma malik olması, ərazinin geoloji quruluşu və yamacın aşağı hissələrində
mövcud olan gölün olmasıdır. Sürüşmə sahəsinə təsir göstərən amillərdən biri də
atmosfer çöküntüləridir ki, bunun da nəticəsində bəzən sürüşmə prosesinin
fəaliyyəti dəyişir. Ərazinin geoloji qumluşunda Dördüncü dövrün Abşeron mərtəbəsinin (Qıab)
çöküntüləri iştirak edir. Kəsilişdə üst qatda çaqıl-çınqıl qarışıqlı qumca və gilcələr,
alt qatda isə tünd boz-qara rəngli, plastik gillər iştirak edir.
Zığ Zığ-1 sürüşmə sahəsi (Zığ kəndi-Hövsan avtomobil yolunun tini, Zığ gölünün şimal hissəsi) 1981 -ci ildə müayinə işləri aparılarkən aşkar edilmişdir.Sahənin geoloji quruluşunda 10 m-ə qədər Holosen yaşlı kolüvial delüvial (edQrvYhz) və Dəniz mənşəli Eopleystosen (abşeron mQ 0 a) çöküntüləri iştirak edir. Litoloji baxımdan kollüvial çöküntülər (cQrvYhz) sürüşmə sahələrində sürüşmə kütləsini təşkil edirlər. Plastik
konsistensiyalı əzilmiş sürüşmə kütləsi tərkibində az miqdarda əhəngdaşlarımn qırıntıları olan əzilmiş, tam nəmli qumca və gilçələrdən təşkil olunmuşdur. ICollüvial çöküntülərin qalınlığı qırılma qaşma yaxm yerlərdə 1,5- 2,0 m, sürüşmənin dil
hissəsinə yaxm yerlərdə isə 2- 2,5 m-dir. Elüvial-delüvial çöküntülər (edQrvYhz) sarımtıl-boz rəngli yarımbərk və bərk plastik konsistensiyalı ağır gilçələr və qumcalardan ibarətdir. Bu çöküntülərin tərkibində az miqdarda (10-15%-ə qədər) əhəngdaşı qırıntılarına
rast gəlinir, elüvial-delüvial çöküntülərin qalınlığı 0,2-3,5 m arasında dəyişir. Dəniz mənşəli Eopleystosen (mQ 0 a) çöküntülərinin kəsilişində əhəngdaşlan, qumlar və gillərin qeyri-bərabər növbələşmə sindən ibarət süxur kompleksi iştirak edir. Əhəngdaşlan yamacın müəyyən hissələrində yer səthinə çıxır. Hal-hazırda yamacda apanlan inşaat işləri və digər texnogen fəaliyyət növləri kəskin meyilliyə malik yamacın dayanıqlığını xeyli zəiflətmişdir (sürüşmənin dilində nazik dayaz çatların əmələ gəlməsi, yarğan eroziyası) və sürüşmə —uçqun proseslərinin fəallaşmasına təkan vermişdir. Mövcud qədim sürüşmə sahəsi boyunca bir neçə yerdə uzunluğu 30-40m, eni 3-10 sm və görünən dərinliyi 1,3 m — ə qədər olan çatlar müşahidə olunur. Yaxırdıqda olan fərdi yaşayış evlərində müxtəlif istiqamətli çatlar və deformasiyalar müşahidə olunur. Bununla belə sürüşmə sahəsində tikinti işləri davam etdirilir. Yeni inşa edilən fərdi yaşayış evlərindən 10 m aralıda uzunluğu 100-120 m, hündürlüyü 10- 12 m, şaquli istiqamətdə
kəsilmiş dik yamac mövcuddur ki, həmin sahəyə məişət və kanalizasiya sularının axı di! m a sımn və dayanıqlığını tam
itirmiş kəskin meyilliyə malik yamacın texnogen yüklənməsinin qarşısı alınmazsa fərdi yaşayış evlərinin gələcək istismarı
təhlükəli olacaqdır. Mürəkkəb mühəndisi-geoloji şəraitə malik olan yamacda hazırda gərginlik qalmaqdadır və gələcəkdə sürüşmə -uçqun proseslərinin yenidən fəallaşması istisna olunmur.