Xidmətlər
1. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması2. Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
3. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
4. Nikah yaşının azaldılması
5. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
7. Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
8. Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi
9. Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
10. Uşağın mənşəyinin müəyyən edilməsi
11. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
12. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
13. Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
14. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması
15. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi
16. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi
17. Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi
18. Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi
Şikayət etmək hüququ:
Göstərdiyimiz xidmətlərdən narazı qaldığınız halda "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati qaydada bu Qanunun 74-cü maddəsinə uyğun olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati məhkəməyə şikayət etmək hüququnuz var.