Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq məlumatlar

 

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Suraxanı  rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci il ərzində görülmüş işlər üzrə hesabat 

    Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci il ərzində müvafiq  tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

    2021-ci il üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq edilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzarətdə saxlanmışdır.            Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, rayon İcra Hakimiyyətinin  hesabatlarının İnternet səhifəsində açıqlanması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

   Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının hər həftənin bazar ertəsi günü RİH inzibati binasında keçirilən qəbullarında, ayda dörd dəfədən az olmamaqla qəsəbələrdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə  müvafiq qərarlar verilir.   2021-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Suraxanı rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.

     RİH-in  təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Suraxanı  rayonunda yaşayan şəhid ailələrinə,   I Qarabağ  və Vətən müharibəsi əlillərinə,  II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə  dəstək aksiyaları keçirilmişdir.

     Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya, qərargah və işçi qruplarında, Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunaraq kollegial qərarların qəbulu prosedurlarında iştirakları təmin edilir.

      “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı RİH tərəfindən Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün QHT-lərə müraciət əsasında 12.05.2022-ci il tarixdə Suraxanı RİH-in təşəbbüsü ilə rayonun dövlət qulluqçuları üçün Antikorrupsiya və etik davranış qaydaları” mövzularında təlim keçirilib.(http://surakhani-ih.gov.az/az/news/1899.html )

     Suraxanı RİHB-nin 05.01.2022-ci il tarixdə təsdiq etdiyi Dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edən və onun təhlilini aparan etik müvəkkilin 2022-ci il üçün İş planına əsasən RİH-də müvafiq maarifləndirmə tədbirlər keçirilmiş, ötən dövrdə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş RİHB-nin heç bir əməkdaşı barədə inzibati tənbeh tətbiri olmamışdır.(http://surakhani-ih.gov.az/az/news/1792.html  , http://surakhani-ih.gov.az/az/news/1861.html )

    Hesabat dövrü ərzində dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir. Antikorrupsiya məsələləri üzrə əməkdaşlarla fərdi söhbətlər aparılmış, treninq, müşavirə keçirilmiş və hazırda da bu işlər davam etdirilir.

    Vətəndaşlar  üçün  RİH-in rəsmi  saytında  http://surakhani-ih.gov.az/az/feedback.html və Rəqəmsal İcra Hakimiyyəti elektron sistemi vasitəsi ilə  https://rih.gov.az/citizen-perception elektron qaydada müraciət  etmək və qəbula yazılmaq şəraiti yaradılmışdır.

     Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim olunmuşdur.

 

Keçidlər