Rayon haqqında
Əhalisi
• Əhalinin sayı – 222 004 nəfər (01.01.2021)
• Əhalinin sıxlığı – 1 819 nəfər 1 kv.km
• Məcburi köçkünlərin sayı – 19 715 nəfər
Suraxanı rayonunun tanınmış şəxsiyyətlərinin siyahısı
Soyadı, adı, ata adı |
Qısa məlumat |
Doğum tarixi |
Vəfatetdiyi tarix |
|
Abbasqulu Ağa Mirzə Məhəmməd oğlu Bakıxanov |
Əmircanda anadan olmuş, Azərbaycan tarixinə həsr olunmuş ilk elmi-tədqiqat “Gülüstani-İrəm” əsərinin müəllifi, maarifpərvər yazıçı və şair, sonuncu Bakı xanı - II Mirzə Məhəmməd xanın oğludur. Çar ordusunun polkovniki rütbəsində olmuş, bir çox dünya klassiklərinin əsərlərini dilimizə tərcümə etmişdir. |
1794 |
1847 |
|
Balasadıq Məmməd Hüseyn oğlu |
El şairi. Suraxanıda anadan olmuş, XVIII-XIX əsrdə yaşamışdır (əlyazmaları Əlyazmalar Fondunda saxlanılır). |
|
|
|
Bəydəmirov Mövsüm Hacı Məzahir oğlu |
Bülbülədə anadan olmuşdur. Müsavat partiyasının fəal üzvü kimi 1926-cı ildə həbs edilmiş, 1937-ci ildə güllələnmişdir. |
1899 |
1937 |
|
Rüstəmov Əliheydər Niftəli oğlu |
Şair, qəzəlxan. Suraxanıda anadan olmuş, repressiya olunmuşdur. |
1920 |
1947 |
|
Mirzə Əsədulla Abdin oğlu |
Suraxanıda anadan olmuş, Bakının ən tanınmış xəttatı (kalliqrafı), XX əsrin əvvəllərində bir çox nəşr nümunələrinin müəllifidir. |
1889 |
1944 |
|
Zeynal Zeynalov |
Əmircanda anadan olmuş, buruq ustası işləmiş, rus inqilabının fəalı olmuş, “Hümmət”, “İrşad” qəzetlərində əməkdaşlıq etmiş, 1907-ci ildə Dövlət Dumasının deputatı seçilmişdir. |
1876 |
1935 |
|
Abdullayev Kərim Kərbalayı Yəhya oğlu |
Bülbülədə anadan olmuş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, xalq maarifi sahəsində çalışmış, xalq hakimi, Ali Sovetinin sədri, Ali Məhkəmə Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri, Ədliyyə nazirinin müavini, Respublika Prokuroru, Zaqafqaziya üzrə Yol Nəqliyyatı nazirinin müavini, Gürcüstan Respublikasının Axalsıx rayonunda XDS-nin İcraiyə Komitəsinin sədri vəzifələrində işləmis, 1937-ci ildə həbs edilərək güllələnmişdir. |
1898 |
1937 |
|
Tairov Cabbar Nəsib oğlu |
Qazmaçı, Suraxanıda anadan olmuş, 1930-1937-ci illərdə neft ustası, baş usta, mədən müdiri, 1939-1944-cü illər “Stalin NQÇİ”-nin, 1944-cü ildən “Siyəzən NQÇİ”-nin, 1949-cu ildən isə “Ordjenikidze NQÇİ”-nin rəisi vəzifələrində çalışmışdır. |
1900 |
1983 |
|
Əliyev Mirzəağa Əmi oğlu |
SSRİ xalq artisti. Hövsan qəsəbəsində anadan olub. |
1883 |
1954 |
|
|
Mirzə Axund Əbu Turabi |
Əmircanda anadan olmuş, riyaziyyat, təbiət, coğrafiya, ədəbiyyat, məntiq elmlərini, ərəb, türk, fars, rus dillərini mükəmməl bilmişdir. Onun təşəbbüsü ilə kənddə birinci qızlar mollaxanası açılmışdır. Maarifçiliklə məşğul olmuşdur. |
1845 |
1907 |
Muxtarov Murtuza Səttar oğlu |
Neft sənayeçisi,milyoner. Əmircanda anadan olmuş, 1890-cı ildə onun tərəfindən yaradılan kontor qazma avadanlıqlarını təkmilləşdirərək Abşeronda 1100 m dərinlikdə neft quyuları qazmağa başladı. O Bibiheybətdə və Rusiyada ilk neft qazma avadanlıqları istehsal edən iri zavodlar tikdirmiş, xeyriyyəçiliklə məşğul olmuşdur. Onun köməkliyi ilə gənclər xaricdə təhsil almışlar. Əmircanda qoşaminarəli məscidi, Bakıda, Kislovodskidə, Florensiyada, Rusiyanın və Avropanın bir sıra şəhərlərində memarlıq sənətinin gözəl incilərindən olan binalar tikdirmişdir. |
1840 |
1908 |
|
Əsədullayev Şəmsi |
Neft sənayeçisi, milyoner. Əmircanda anadan olmuş, elm və mədəniyyətin təbliğatçılarından olan Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına onlarla istedadlı azərbaycanlı gənc Almaniya, Fransa, Varşava, Kazan, Kiyev, Moskva, Odessa, Peterburqda təhsil alıb. |
1841 |
1913 |
|
|
Balayev Şıx Əlibəndə oğlu |
Neft sənayeçisi, xeyriyyəçi. Suraxanıda anadan olmuş, erməıni kapitalistlərinə qarşı fəal mübarizə apararaq öz xalqının milli mənafeyini müdafiə etmiş, 1918-ci ilin Mart qırğınları zamanı Bakı-Abşeronun ərazisində müdafiə dəstələri təşkil etmişdir. |
1882 |
1924 |
|
Səməd Mənsur (Hacı Əhməd oğlu Kazımov) |
Şair, felyetonçu. Əmircanda anadan olmuş, “Molla Nəsrəddin” jurnalında çalışmış, “Məcmuəşura” İctimai Yazıçılar Birliyinin üzvü olmuşdur. ( rejissor Tofiq Kazımovun atası) |
1879 |
1927 |
|
Dadaşov Əmrulla Həsən oğlu |
General. Suraxanıda anadan olmuş, 1925-ci ildə Şərq Xalqları Universitetini, sonralar Hərbi Siyasi Akademiyanı bitirmiş, 1942-ci ildə Mojaysk yaxınlığındakı döyüşlərdə həlak olmuşdur. |
1900 |
1942 |
|
Nuriyeva Sona Piri qızı |
İlk azərbaycanlı təyyarəçi qadın. Əmircanda anadan olmuş, Lenin və Şərəf Nişanı ordenləri ilə təltif edilmiş, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. |
1915 |
1986 |
|
Bəhlulzadə Səttar Bəhlul oğlu |
SSRİ-nin xalq rəssamı.Əmircanda anadan olmuş, əsərləri dəfələrlə respublikada,Rusiya, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Kanada, Belçika, Fransa, Yaponiya, İraq, Kuba və başqa ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib və bir çox dünya muzeylərində özünəməxsus yer tutub. |
1909 |
1974 |
|
Məmmədov Əmi Ağa oğlu |
Sovet İttifaqı Qəhrəmanı. Yeni Suraxanı qəsəbəsində anadan olub. 1944-cü ildə Nikolayevski desant qüvvələri tərkibində alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Adına küçə var. |
1922 |
1944 |
|
Verdiyev Əvəz Həşim oğlu |
Sovet İttifaqı Qəhrəmanı. Bülbülədə anadan olmuş, Polşa uğrunda döyüşdə göstərdiyi qəhrəmanlığa görə 1944-cü il sentyabr ayının 23-də Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduz medalı ilə təltif edilir. Suraxanı maşınqayırma zavodunun ərazisində onun büstü qoyulmuş, Bülbülədə yaşadığı evin divarında xatirə lövhəsi vurulmuş,adına küçə var. |
1916 |
1944 |
|
Balandin Vladimir Aleksandroviç |
Sovet İttifaqı Qəhrəmanı |
1923 |
1944 |
|
Molla Şərif Əsir oğlu |
Suraxanıda anadan olub. İlk dəfə kənddə mollaxana açmışdır. Sonra dövlət tərəfindən təqib olunub. Fransız, rus, fars, ərəb dilini bilirdi. Dinin, islamın qorunması və təbliğində böyük rolu olmuşdur. |
1881 |
1960 |
Göycayev Məlik Abbas oğlu |
Suraxanıda anadan olub. Xəzər dənizində neftçıxarma işlərində işləmiş, 1959-cu ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. |
1903 |
1966 |
|
Sumbatzadə Əlisöhbət Sumbat oğlu |
Akademik. Əmircanda anadan olmuş,1926-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş,1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor, AEA-nın müxbir üzvü, həqiqi üzvü, AEA-nın vitse-prezidenti seçilmiş, Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru vəzifəsində çalışmışdır. |
1907 |
1992 |
|
Bayramov Tofiq Qulam oğlu (Tofiq Bayram) |
Əmircanda anadan olmuş, Respublikamızın istedadlı lirik şairlərindəndir. O vətənpərvərlik, məhəbbət haqqında gözəl şerlərin, bir sıra şer kitablarının müəllifidir. |
1934 |
1991 |
|
|
Salmanov Şamil Məmməd oğlu |
Suraxanıda anadan olub. Filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas. Yazıçılar Birliyinin üzvü. |
1933 |
2007 |
|
İsmayılov Pənah Xanverdi oğlu |
Suraxanıda anadan olub. Kimya elmləri doktoru, kimyəvi texnologiya üzrə mütəxəssis. Əlcəzairdə universitetin kafedra müdiri, fransız dilində 40-dan artıq kitab və məqalələrin müəllifidir. |
1938 |
2005 |
Qılıncov Həsən Rahib oğlu |
Suraxanıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu 1931-ci ildə bitirmiş, Mexaniki-təmir zavodunun direktoru işləmiş (1941-1945), bacarıqlı təşkilatçı və rəhbər olmuşdur. |
1912 |
1989 |
|
Aşıq Cavad |
XIX əsrin birinci yarısında Bülbülə qəsəbəsində yaşayıb-yaratmış el aşığı olmuşdur. Onun yazıb–yaratdığı əsərlər, yaradıcılığı haqqında geniş məlumat bir çox səbəblər üzündən bu günümüzə gəlib çıxmamışdır. |
|
|
|
|
Hacı Mirzə Məhəmməd Rəhim Xəlfəqulu oğlu |
Bülbülənin tanınmış ziyalılarından biri olmuş, onun haqqında məlumatlar olduqca azdır. İranda, Hindistanda yaşamış, XX əsrin 20-30-cu illərində pedaqoqika, din, coqrafiya və tarixə aid əsərlərinin müəllifidir. |
|
|
|
Əcəmov Keykavus Yusif oğlu |
Yeni Suraxanıda anadan olmuş, 101 saylı orta məktəbdə, Azərbaycan Neft-Kimya İnstitutunda oxumuş, kimya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akade-miyasının akademiki seçilmiş, "Əməkdar müəllim" fəxri ada layiq görülmüş, 25 monoqrafiya, dərslik, 500-dən çox elmi əsərin, o cümlədən 45 patentin müəllifidir. |
1941 |
2020 |
|
Abiyev Ağacan Qulam oğlu |
Bülbülədə anadan olmuş, 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, hal-hazırda həmin İnstitutun rektoru, Azərbaycan Respublikası Boks Federasiyasının Prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi, Beynəlxalq dərəcəli hakim, Milli Məclisin deputatı,Respublikanın əməkdar elm xadimi. |
1937 |
|
|
Babayev Arif Eyvaz oğlu |
Yeni Suraxanı qəsəbəsində anadan olmuş, “Suraxanı Maşınqayırma zavodu” TASC-nin idarə heyətinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2007-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycanın “Əməkdar maşınqayıranı”dır. |
1937 |
|
|
Alxasov TofiqHəsən oğlu |
Yeni Suraxanıda anadan olmuş, elmlər doktoru, professor, AEA-nın müxbir üzvü, 1994-cü ildən Beynəlxalq Eko Akademiyasının həqiqi üzvüdür. O 8 dərsliyin, 403 elmi əsərin və monoqrafiyanın müəllifidir. 1970-1988-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının elmi işlər üzrə prorektoru olmuş, hal-hazırda ABŞ Los-Anjeles şəhərində yaşayır. |
1932 |
|