Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Rayon əhalisinin 45011 nəfərini gənclər təşkil edir (14-29 yaş).  Suraxanı rayonunda  “Neftçi” İdman Klubu İctimai birliyi, Hövsan Olimpiya İdman Kompleksi, Şahmat Məktəbi, 29 idman klubu və Respublikamızda fəaliyyət göstərən müxtəlif idman federasiyalarının 21 nümayəndəliyi fəaliyyət göstərir. Rayon ərazisində 56 idman qurğusu, 4 stadion, 5 aerobika zalı, 8 trenajor zalı fəaliyyət göstərir. Yuxarıda qeyd olunan idman təşkilatlarında ümumilikdə  8700 idmançı məşğul olur. Onlardan 650 nəfəri beynəlxalq yarışların qalibi, 121 idman ustası, 326 nəfəri idman ustalığına namizəddir. Hövsan Olimpiya İdman Kompleksi istifadəyə verildikdən sonra hər il idmana cəlb olunan idmançıların sayı sürətlə artır, Kompleksdə yaradılan şərait müxtəlif idman  Federasiyalarının yeni nümayəndələrinin cəlb olunmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda son illərin təhlili göstərir ki, idmançılar arasında Olimpiya idman növlərinə maraq daha da artmışdır.  “Regionların”  sosial-iqtisadi inkişafı  Dövlət Proqramına salınmış   rayonun Əmircan qəsəbəsində   müasir tipli idman zalının,  Qaraçuxur qəsəbəsində bir müasir tipli idman zalının  tikintisi davam etdirilir. Yuxarıda qeyd olunan idman obyektlərinin istifadəyə verilməsindən sonra Suraxanı rayonunda idmana cəlb olunacaq idmançıların sayında əhəmiyyətli artım müşahidə olunacaqdır. Rayon Gənclər və İdman idarəsi bədən tərbiyəsi kollektivləri, federasiyalar, idman klubları və idman yönümlü ictimai təşkilatlarla əlaqəli şəkildə əməkdaşlıq edir.
İdman və bədən tərbiyəsi Suraxanı gənclərinin sevimli məşğələsidir. 1952-ci ildən Suraxanı rayonun fəaliyyətə başlamış   «Neftçi» idman  sağlamlıq mərkəzində (hal-hazırda "Neftçi İdman Klubu" İctimai Birliyi), müxtəlif idman qurğularında hər gün yüzlərlə gənc idmançı idmanın müxtəlif növləri ilə məşğul olur.
Sadıqov Sadıq Asəf oğlu -  "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009-2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Ələsgərova Ziba Əlixeybәr qızı (16.3. 1937, Bakı – 22.9.2008, Bakı). SSRİ idman ustası (1959). Azәrbaycan Respublikasınınnın әmәkdar idman ustası (1998). Fizika-riyaziyyat elmlәri namizәdi (1975). 4×200 m mәsafәya estafet qaçışında dünya rekodçusu (1959).   100 vә 200 m mәsafәlәrә qaçışda Azәrbaycan (1957–66), yüngül atletika uzrә dunya rekordçusu, 4×100 m mәsafәya estafet qacışında SSRİ (1964) çempionu olmuş, 1959–64 illәrdә yungul atletika uzrә SSRİ yığma komandasına daxil edilmişdir. Ziba Ələsgərova    Azәrbaycanda qadınlar arasında ilk dunya rekodçusu  olmuşdur. 1966 ildәn pedaqoji fәaliyyәt gostәrmiş, Az.NKİ-dә dәrs demişdir
Əliqulu Həsənoğlu - Yunan-roma  güləşi üzrə  SSRİ-nin və  Azərbaycan Respublikasının Əməkdar  məşqçisi olmuşdur. Şöhrət ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqəüdçüsü Əliqulu Həsənoğlu 3 yanvar 2016-cı ildə vəfat etmişdir. Əliqulu Həsənoğlu Afina-2004 Yay- Olimpiya Oyunlarının çempionu  Fərid Mansurovun şəxsi məşqçisidir. Yeniyetmələri  arasında  Arif Niftullayev, Avdışev  kimi tanınmış  gənclər də var. Ə.Həsənoğlu - dəfələrlə «Neftçi» idman cəmiyyətinin çempionu, Respublika çempionu, SSRİ birinciliklərinin mükafatçısı olmuşdur. SSRİ-nin idman ustasıdır. 1980-cı ildə Azərbaycan SSR-nin əməkdar məşqçisi adına layiq görülmüşdür.
Zeynalov Hacıbaba Məmmədkərim oğlu -  yüngül atletika üzrə əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi ,uzun müddət  “Neftçi” İSM-nin rəis müavini vəzifəsində çalışmışdır.   Yeniyetmələri arasında Pekin 2008 Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev də var. 
Şərifov Hicran İbrahim oğlu - Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Olimpiya” və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası. Olimpiya katoqoriyalıBeynəlxalq dərəcəli hakimdir. İdmanın Yunan-Roma güləş növü ilə məşğul olub. İdman ustası, Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi", Güləş idman növləri üzrə  Avropa, Dünya çempionatlarında, 2008 Yay Olimpiya Oyunları, 2012 Yay Olimpiya Oyunları və 2016 Yay Olimpiya Oyunlarında Azərbaycanı  hakim kimi təmsil edib. Bu sahədəki xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilib. 2012 Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakimi" seçilərək "Qızıl Fit" mükafatına layiq görülüb. "İdman ustası" - 1997, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi",“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - 2007, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - 2008, "Tərəqqi" medalı - 2008, "Ədalətli hakim" - 2008, "İlin ən yaxşı hakimi" - 2008, "Ədalətli oyun prinsiplərinə sadiq hakim" - 2009, İlin idman hakimi- 2009 ("Zəfər" mükafatı), Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi - 2010, İlin ən yaxşı məşqçisi - 2011, "İlin ən yaxşı hakimi" - 2012, "Şöhrət" ordeni - 2012, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" - 2015, Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni - 2016, "Fəxri fərman" (DİN) – 2016, "İlin ən yaxşı idman hakimi" (GİN) -2016, "Fəxri fərman" (DİN) -2017, 1999-cu ildən “Neftçi" İdman Sağlamlıq Mərkəzində müəllim vəzifəsində işləyir. Eyni zamanda "Cəngi" GK-da məşqçi-müəllim vəzifəsində işləyir. 100-dən çox hazırladığı idmançı vardır.. Şəxsi yetirmələri  arasında Olimpiya Oyunlarının 2 qat gümüş mükafatçısı Rövşən Bayramov, yeniyetmələrin ilk  Olimpiya Oyunlarının qalibi Elman  Muxtarov (Sinqapur 2010), yeniyetmələr arasında dünya çempionları Elnur Hüseynov  və Səbirə Əliyeva (Bakı 2012) kimi idmançılar vardır.
Bayramov Rövşən Cənnət oğlu - Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli və əməkdar idman usatsıdır (2009). Dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Avropa birinciliklərində III yer (yeniyetmələr, 2002, 2003), dünya birinciliyində I yer (gənclər, 2003), III yer (gənclər,2005), Avropa çempionatında III yer (Moskva, 2006), “Qizil-Qran-Pri” yarışında I yeri tutub. (Bakı, 2006). İkiqat Avropa çempionudur (Bolqarıstan, 2007), (Finlandiya, 2008).Beynəlxalq Güləş Federasiyası (FİLA) yunan-Roma güləşi üzrə Azərbaycan pəhlavanı Rövşən Bayramovu 2008-ci ilin ən güclü idmançısı elan edib. “Qızıl Qran-pri” turnirinin bürünc mükafatçısıdır (2009, Bakı). Dünya çempionatında III yerə layiq görülüb (2009. Danimarka, Herninq). 2011-ci ildə İstanbulda dünya çempionu adını qazanıb. XXIX və XXX Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır (2008, Pekin, 2012, London). Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2008-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.  
Bayramov Əfqan Şahin oğlu – London-2012 Yay Olimpiya Oyunlarında İştirak edib, 2012-ci ilin Avropa Çempionudur. Bayramov Əfqan - 1999-cu ildə yeniyetmələrin yarışlarında iki dəfə Azərbaycan çempionu adını qazanmış və idman ustası adına layiq görülmüşdür. 2002-ci ildə Dünya çempionatının mükafatçısı olmuşdur. Respublikanın ağır atletika üzrə yığma komandasının üzvüdür. Əfqan Bayramov 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanmışdır.25 diplom və fəxri fərmanlarla   təltif   olunub.
Babanlı Elmar Tofiq oğlu - Cüdo üzrə beynəlxalq dərəcəli hakimdir. "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş menecer vəzifəsində çalışır. Azərbaycan Cüdo Federasiyasının baş katibidir.

İdmançıların siyahısına əlavə:

Əsədullayev Rasim - 2009-cu ildə Yerevanda keçirilmiş cüdo üzrə gənclər arasında Avropa  birinciliyinin bürünc mükafatçısıdır.
Sadıqzadə Elsevər - cüdo  üzrə Avropa birinciliklərinin dəfələrlə mükafatçısı,    2007-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan  IX Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının qalibidir.
Zairov İntiqam -   2009-cu idə Avropa Çempionu olmuşdur. İntiqam Zairov 2008-ci ildə Yay Olimpiya Oyunlarında iştirak edərək 9-cu yeri tutmuşdur. 2012 Yay Olimpiya Oyunlarında isə İntiqam Zairov 6-cı yeri tutmuşdur.   2013-cü ildə İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanmışdır.
Sultanova Afaq - 2012-ci ildə Azərbaycan bayrağı altında     qızıl medal  qazanmışdır. XIV Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə, habeləAzərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli  sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.  Afaq Sultanova 2017-ci ildə    IV İslam Həmrəyliyi Oyunlarında    qızıl medal qazanmışdır. 2 qat dünya çempionudur.
Qurbanov Seymur -boks üzrə   yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısıdır.
Əhmədov İbrahim - atletika üzrə Avropa çempionatının gümüş və bürünc mükafatçısıdır.
Məmmədov Rəşad - cüdo üzrə  Azərbaycan Republikasının əməkdar  məşqçisi.
Məmmədov Fərhad  - cüdo üzrə Azərbaycan Respublikasının Əməkdar  məşqçisi.
Qurbanov Cəmşid - boks üzrə Azərbaycan respublikasının əməkdar məşqçisi.
Zeynalov Bəxtiyar - atletika üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi.


I Avropa Oyunlarında  Suraxanı Rayonunu uğurla təmsil etmiş idmançılar:

Mamayev Ayxan Paşaliyeviç - İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır.  İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada   19 yaşında -78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda   gənclər arasında Avropa çempionu olmuş və böyüklərə keçmişdir. 2012-ci ildə İspaniyada  ilk böyüklər yarışında Avropanın gümüş medalçısı olmuşdur. 2012-ci ildə Fransada   Dünya Çempionatının bürünc mükafatçısı olmuşdur. Həmin ildə ilin 10 idmançısı sırasına girmişdir. 2013-cü ildə   İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdır.   Ayxan Mamayev, 2015-ci ildə   I Avropa Oyunlarının qızıl medalına sahib oldu. Bu uğuruna görə Ayxan Mamayev, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edildi. Ayxan Mamayev, 2017-ci ildə Azərbaycan bayrağı altında    IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olmuşdur.
Səfərbəyov Vasif Abdulməcidoviç - Bir çox beynəlxalq yarış və çempionatlarda qılıncoynatma idman növü üzrə Azərbaycanı uğurla təmsil etmiş, dəfələrlə mükafatlandırılmışdır.  2015 Avropa Oyunlarının gümüş medalını qazandı. Vasif Səfərbəyov 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Bünyatova Sevil Yaqut qızı - Bir çox beynəlxalq yarış və çempionatlarda qılıncoynatma idman növü üzrə Azərbaycanı uğurla təmsil etmiş, dəfələrlə mükafatlandırılmışdır.  2015 Avropa Oyunlarının gümüş medalını qazanmışdır.  Sevil Bünyatova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Bünyatova Sevinc Yaqut qızı -   Bir çox beynəlxalq yarış və çempionatlarda qılıncoynatma idman növü üzrə Azərbaycanı uğurla təmsil etmiş, dəfələrlə mükafatlandırılmışdır.   2015 Avropa Oyunlarının bürünc medalını qazanmışdır. Sevinc Bünyatova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Mislimov Zakir Qafuroviç - paralimpiyaçı cüdoçu Zakir Mislimov bir çox beynəlxalq yarış və çempionatlarda cüdo idman növü üzrə Azərbaycanı uğurla təmsil etmiş, dəfələrlə mükafatlandırılmışdır.   2015 Avropa Oyunlarında üçüncü yerə layiq görülmüşdür. Zakir Mislimov 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Suraxanı rayon Gənclər və İdman İdarəsi: AZ-1042 Bakı ş., Suraxanı rayonu, Əmircan qəsəbəsi Səttar Bəhlulzadə-314  ünvanında yerləşir. Tel.452-62-28

Keçidlər