Rayon haqqında
Mədəniyyət
№ |
Mədəniyyət sarayları və evləri haqqında məlumat |
Fəaliyyətə başladığı tarix |
Rəhbəri |
ünvanı |
əlaqə telefonu |
Oturacaqların sayı |
Balans saxlayıcı təşkilat |
1 |
Qurban Abbasov adına Mədəniyyət sarayı |
1938 |
Ramazanova Xavər Nurəddin |
Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsi 18
|
012-427-44-28 |
285 |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
2 |
Səttar Bəhlulzadə adına Mədəniyyət evi |
1932 |
Quliyev Elçin Sahib |
Əmircan qəsəbəsi, Park küçəsi 26
|
012-452-28-81 |
620 |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti |
3 |
Hövsan Mədəniyyət sarayı |
1967-ci ildə tikilib, hal-hazırda əsaslı təmirdədir |
Rəhimov Vasif Aydın |
Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi 9
|
012-457-83-83 |
_ |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
4 |
Mirzəağa Əliyev adına Mədəniyyət evi |
1940 |
Cavid Məmmədov Tapdıq |
Hövsan qəsəbəsi, Məktəbli küçəsi 35 |
012-457-41-31 |
180 |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
5 |
8 Mart adına Mədəniyyət evi |
1950 |
Rəfiyeva Vəfa Zakir
|
Yeni Suraxanı qəsəbəsi, Əmi Məmmədov küçəsi
|
012-458-70-08 |
200 |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
6 |
Zığ Mədəniyyət evi |
1960 |
Qasımova Arzu Şirəli
|
Zığ qəsəbəsi, Həzi Aslanov küçəsi 23
|
012-478-93-91 |
200 |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
7 |
Səməd Mənsur adına Mədəniyyət evi |
1926 |
Qurbanov Anar Həbib |
Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi
|
012-452-35-91 |
200 |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
8 |
Mirzə Ələkbər Sabir adına Mədəniyyət evi |
1924 |
Vəliyev Fazil Mütəllim |
Bülbülə qəsəbəsi, Laçın Səlimov küçəsi 10
|
012-452-11-34 |
_ |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi |
9 |
Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi |
1940 |
Əhmədova Mərziyyə Yusif |
Bülbülə qəsəbəsi, Laçın Şərifov küçəsi 10
|
012-452-05-37
|
_ |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
|
Suraxanı rayonu ərazisində fəaliyyət göstərən parklar barədə məlumat
s/s |
Rayon |
Yaşayış məntəqəsinin adı |
Parkın adı |
Açılış tarixi |
Qeyd |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsi |
“D park” |
10.05.2006 |
yeni salınıb |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi |
“Veteranlar xiyabanı” |
08.05.2007 |
yeni salınıb |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi |
“İstirahət zonası” |
10.05.2007 |
yeni salınıb |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi |
42 saylı binanın qarşısı |
15.06.2007 |
yeni salınıb |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi |
“AB park” |
10.05.2008 |
yeni salınıb |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi |
“AB park” 74-80 saylı binaların qarşısı |
15.06.2008 |
yeni salınıb |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
Heydər Əliyev Parkı |
04.05.2009 |
yeni salınıb |
|
Suraxanı |
Bülbülə qəsəbəsi |
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin 4-cü km-də (sağ tərəf) |
01.10.2009 |
yeni salınıb |
|
Suraxanı |
Bülbülə qəsəbəsi |
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin 6-cı km-də (sağ tərəf) |
09.10.2009 |
yeni salınıb |
|
Suraxanı |
Bülbülə qəsəbəsi |
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin 6,7-ci km-də (sağ tərəf) |
21.09.2009 |
yeni salınıb |
|
Suraxanı |
Bülbülə qəsəbəsi |
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin 4-cü km-də (sol tərəf) |
05.05.2010 |
yeni salınıb |
|
Suraxanı |
Bülbülə qəsəbəsi |
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin 7,2-7,4-cü km-də (sağ tərəf) |
11.05.2012 |
yeni salınıb |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
T.Bayram parkı |
04.05.2006 |
yenidən qurulub |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
S.Bəhlulzadə dairəsi |
06.05.2006 |
yenidən qurulub |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
A.A.Bakıxanov adına |
07.05.2006 |
yenidən qurulub |
|
Suraxanı |
Yeni Suraxanı qəsəbəsi |
Heydər Parkı |
09.05.2006 14.07.2011 |
yenidən qurulub |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
Prokurorluğun arxası |
01.05.2007 |
yenidən qurulub |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
Əmircan bazarının arxası |
05.05.2007 |
yenidən qurulub |
|
Suraxanı |
Zığ qəsəbəsi |
qəsəbə nümayəndəliyinin qarşısındakı park |
07.052007 |
yenidən qurulub |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi |
C.Qurbanov küçəsi ev 19 |
04.05.2008 |
yenidən qurulub |
|
Suraxanı |
Hövsan qəsəbəsi |
R.Şahsuvarov küçəsi ev 11 |
01.05.2009 |
yenidən qurulub |
|
Suraxanı |
Əmircan qəsəbəsi |
qəsəbə nümayəndəliyinin qarşısındakı park |
09.05.2010 |
yenidən qurulub |
|
Suraxanı |
Hövsan qəsəbəsi |
23 saylı poliklinikanın qarşısındakı park |
15.09.2013 |
yenidən qurulub |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi |
Neftçilər parkı |
ötən əsrin 40-cı illərində salınıb |
yenidən qurulur |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi |
Pioner parkı |
ötən əsrin 50-ci illərində salınıb |
təmirə ehtiyacı var |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi |
Ana və uşaq parkı |
1999 |
yenidən qurulur |
|
Suraxanı |
Bülbülə qəsəbəsi |
Aşurbəyovlar (keçmiş Caparidze yaşayış sahəsi) küçəsində park |
1999 |
təmirə ehtiyacı var |
|
Suraxanı |
Qaraçuxur qəsəbəsi |
Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə |
2004 |
yenidən qurulub |
|
Suraxanı |
Hövsan qəsəbəsi |
NORD EİB-nin mədəniyyət sarayının arxasında park |
06.05.2005 |
yeni açılıb |
Tarix abidələri :
1. "Atəşgah" məbədgahı
Od məbədi olan «Atəşgah» Bakının 27 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir. «Atəşgah»ın sahəsi 1368 m2 və yaxud 0,14 ha-dır. «Atəşgah» məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cü il tarixli, 3 saylı qərarı ilə yaranmışdır. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. 19 dekabr 2007-ci ilə qədər Atəşgah məbədi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərmişdir. Atəşgah məbədinin özünəməxsusluğu, unikallığı və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi "Atəşgah məbədi" abidəsinin müstəqil fəaliyyətinə və mühafizəsinə zərurət yaratdığından, eyni zamanda burada turizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Atəşgah məbədinin ərazisi Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.
Həmçinin məbəddə Aleksandr Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məhşur alim və səyyahlar qonaq olmuşdur.
2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.
2013-cü il martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşlar.
“Atəşgah məbədi” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində bərpa edilmişdir. Bu məbəd təqribən II-III əsrlərdə inşa edilmişdir. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır.
Beşkünc planda tikilmiş abidənin həyətinin mərkəzində yuxarısı günbəzlə tamamlanan dördkünc səcdəgah ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
2015-ci il aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda I Avropa Oyunlarının məşəlini alovlandırmış, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki mərasimdə iştirak etmişdir.
2. Nizaməddin məscidi, XIV əsrdə tikilib, sahəsi -40m2. Hal-hazırda fəaliyyət göstərmir. Qeydiyyatdan keçməyib. Ünvan: Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi
3. İki minarəli İmam Cümə məscidi , 1905-ci ildə tikilib, sahəsi -200m2. Qeydiyyatdan keçib, hal-hazırda fəaliyyət göstərir. Ünvan: Əmircan qəsəbəsi, Vaqif küçəsi
4. Bünyadovlar adına Göyçə məscidi (məhəllə məscidi), 1902-ci ildə tikilib, sahəsi -120m2. Hal-hazırda təmir olunur. Qeydiyyatdan keçməyib. Ünvan: Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi
5. Ağabalabəy məscidi, 1900-cü ildə tikilib, sahəsi -160 kv2. Ünvan: Bülbülə qəsəbəsi
6. Hüseyn və Həzrəti Abbas adına cümə məscidi, 1920-ci ildə tikilib, Ünvan: Hövsan qəsəbəsi, Məktəbli küçəsi
7. Heydər məscidi , 1999-cu ildə tikilib. Ünvan: Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi