Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

İqtisadiyyat

2025-ci ilin yanvar-mart ayları ərzində

Sosial-iqtisadi göstəricilər:          

Rayonda sənaye məhsulunun istehsalı 145,0 milyon manat, nəqliyyat xidmətləri 7,5 milyon manat, rabitə xidmətləri 3,6 milyon manat, iaşə dövriyyəsi 10,9 milyon manat, iqtisadi və sosial sahələrin inkişafı mənbələrindən tikinti-quraşdırma işlərinə 24,9 milyon manat, pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış əmtəə 368,1 milyon manat, əhaliyə göstərilmiş ödənişli xidmət işi 55,6 manat, sənaye, tikinti sahəsinin inkişafı ilə əlaqədar yerli və xarici özəl investisiya qoyuluşu 70,94 milyon manat olmuş, 890 yeni iş yeri açılmış, orta aylıq əmək haqqı 917,5 manat təşkil etmiş, muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artaraq 20972 nəfər, işsiz əhalinin sayı isə 6509 nəfər olmuşdur.

Görülmüş işlər:

24.12.2017-ci il tarixində “MİDA” MMC-nin ikinci layihəsi olan çoxmənzilli Kompleksdə ilk yeddimərtəbəli binanın təməli qoyulmuşdur. Həmin ərazidə 3002 mənzilli 12000 nəfərin yaşaması üçün nəzərdə tutulan 7-10 mərtəbəli 11 binadan ibarət yaşayış kompleksi inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 24.03.2020-ci il tarixində Hövsan yaşayış kompleksinin açılışında iştirak etmişlər. Həmin ərazidə 1 məktəb, 2 uşaq baxçası, 1 tibb mərkəzi(poliklinika) inşa edilmiş, hal-hazırda həmin ərazidə yeni yaşayış kompleksinin salınması istiqamətində işlər davam etdirilir.

31.10.2024-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zığ qəsəbəsi, Zığ-Hövsan yolu 95 ünvanda 160 ədəd avtobusun olduğu  və 1500 nəfərdən artıq işçinin çalışacağı BakuBus MMC-nin “Zığ Elektrik Avtobus Parkı”nın açlılışını etmiş, orada yaradılan şəraitlə tanış olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 500 №-li 29.01.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq, turizmin inkişafı istiqamətində tədbirlərin icrasına başlanılmışdır. Bu məqsədlə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tahir Bağırov, Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin mövcud memarlıq vəziyyətinin qorunub saxlanılması şərti ilə genişmiqyaslı abadlaşdırma işləri həyata keçirilir. Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının və dam örtüklərinin təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi, ərazidən keçən və ümumi estetik görünüşə xələl gətirən kommunikasiya xətlərinin (elektrik, rabitə, qaz və s.) nizama salınması nəzərdə tutulmuş və işlər davam etdirilir.

Bakı Abadlıq Xidməti MMC tərəfindən eyni zamanda Bülbülə gölünün Əmircan qəsəbəsinə düşən hissəsinin ətrafında genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılmışdır. Belə ki, gölün suyunun təmizlənməsi, çirkab suların gölə axıdılmasının qarşısının alınması üçün "Azərsu" ASC ilə birlikdə yeni sutəmizləyici qurğu inşa edilir, kanalizasiya, çirkab suların gölə axıdılmasının qarşısının alınması üçün kollektor tikilir.

Bakı Abadlıq Xidməti MMC tərəfindən Zığ qəsəbəsində RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında yerləşən, sahəsi 10625,0 kv.m  olan istirahət parkı yenidən qurulmuşdur.

Rayonda tikinti şirkətləri tərəfindən Qaraçuxur, Zığ, Əmircan və Bülbülə qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilir, həmin tikinti obyektlərində 330 nəfər işlə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 №-li Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında Qaraçuxur və Bülbülə qəsəbələrində tikintisi nəzərdə tutulmuş idman zallarında maliyyə vəsaiti ayrılmadığı üçün işlər 2015-ci ildən dayandırılmışdır. Həmin Tədbirlər Planında Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması nəzərdə tutulmuş və icrası Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Yeni salınacaq parkda işlərinin aparılması məqsədi ilə 01.12.2011-ci il tarixində Suraxanı RİH ilə “Azİmport” MMC arasında bağlanılmış müqaviləyə əsasən işlərə başlanılmışdır. Parkın salınması üçün tələb olunan vəsaitin bir hissəsi 2011-2014-cü illərdə ayrılmış və ayrılmış vəsait hesabına müəyyən tikinti-quraşdırma işləri aparılmışdır. Lakin vəsait tam ayrılmadığı üçün işlər 2014-cü ildən dayandırılmışdır. 2023-cü ilin avqust ayından rayonun daxili imkanları hesabına parkda müəyyən işlər görülmüş lakin maliyyə çatışmazlığından işlər dayandırılmışdır.

Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində valideyin himayəsindən mərhum olmuş oğlan uşaqları üçün 2 nömrəli ümumi internat məktəbinin əsaslı təmiri aparılır.

Suraxanı rayonu ərazisində məskunlaşan məcburi köçkün ailələrindən Zəngilan rayonunun Ağalı kəndinə 13 ailə (59 nəfər), Fizuli rayonuna 18 ailə (64 nəfər), Laçın rayonu, Zabux və Sus kəndi 74 ailə (213 nəfər), Şuşa şəhərinə 11 ailə (48 nəfər) və Cəbrayıl şəhərinə isə 32 ailə (144 nəfər) dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərinə köçərək məskunlaşmışlar.

12 İyul 2023-cü il tarixdən Suraxanı rayonunun ərazisində məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə 700-dən çox tullantı meydançası yenidən qurulmuş  və 3000-dən çox tutum (konteyner) yerləşdirilmişdir.

2024-cü ilin noyabrında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə bağlı Zığ qəsəbəsində 284 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilmiş və 2929,0 kv.m hasar təmir olunmuş, eyni zamanda rayon ərazisində yerləşən istirahət parklarında cari təmir-bərpa işləri aparılmış, Əmircan qəsəbəsi, Park küçəsində 2,0 ha ərazidə yeni salınmış parkda 3 ədəd söhbətgah  və 25 ədəd oturacaq quraşdırılmış, Əmircan qəsəbəsində 8, Bülbülə qəsəbəsində 21, Hövsan qəsəbəsində 6, Qaraçuxur qəsəbəsində 44, Zığ qəsəbəsində 8 və Yeni Suraxanı qəsəbəsində isə 25 obyektin fasadı təmir edilərək rənglənmiş, mərkəzi küçələrin ətrafında yerləşən idarə, müəssisə və fərdi yaşayış evlərinin hasar və fasadları müasir tələblərə uyğun olaraq yenidən qurulmuşdur. Bülbülə-Əmircan qəsəbələrinin ərazisindən keçən Səttar Bəhlulzadə küçəsində 2100,0 kv.m fasad yuyulmuş, 1300,0 kv.m suvaq işləri görülmüş, 5000,0 kv.m hasar rənglənmiş, yol isə tam əsaslı təmir edilmişdir.

Qaraçuxur qəsəbəsi, General Səməd bəy Mehmandarov  küçəsində 2000,0 p.m. piyada səkisi yaradılmış, 2000,0 kv.m, tamet daşı döşənmiş, 1000,0 p.m bordür düzülmüşdür, 300,0 kv.m istinad divarı tikilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 20.02.2024-cü il tarixli 24 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 3.1. və 3.2 bəndlərinə uyğun olaraq Suraxanı RİH tərəfindən Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində 12000,0  kv.m ərazidə salınmış yeni parkın ərazisinə 5000,0 kub.m torpaq daşınmış, eni 0,60 sm, uzunluğu145,0 p.m., hündürlüyü 2.5 metr daş hasar tikilmiş, 420,0p.m. beton tökülmüş, 2,0 metr hündürlükdə 840,0 kv.m. dəmir barmaqlıqlar quraşdırılmış, 14 ədəd müxtəlif heykəllər, 5 ədəd uşaq attraksionları, 5 ədəd idman qurğuları, 27 ədəd işıq dirəkləri, 33 ədəd oturacaqlar quraşdırılmış, 2000,0 p.m. bardür düzülmüş, 3000,0 kv.m. tamet daşı döşənmiş, 7100,0 kv.m. yaşılçəmən, 5500 ədəd  müxtəlif gül-kolu, 201 ədəd tuya, 250 ədəd həmişəyaşıl, 20 ədəd iydə, 100 ədəd zeytun, 200 ədəd leylandi, 140 ədəd çinar, 50 ədəd xurma, 20 ədəd muşmula, 28 ədəd palma ağacı və 22 ədəd dibçəkdə güllər əkilmişdir.

Zığ qəsəbəsi, BakuBus MMC-nin “Zığ Elektrik Avtobus Parkı”nın qarşısında salınmış yeni parkda 300 p.m. bardür düzülmüş, 1200,0 kv.m tamet daşı döşənmiş, 120 ədəd palma ağacı, 350 ədəd gül-kolu, 100,0 kv.m yaşıl çəmən əkilmiş, 17 ədəd oturacaq, tullantılar üçün 8 ədəd qutu qoyulmuşdur.

Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində səkidə 22 ədəd dibçəkdə palma, 4 ədəd dibçəkdə gül əkilmiş, 1 ədəd oturacaq qoyulmuş, İlqar Məmmədov küçəsində 3 mərtəbəli 10 saylı və 1-ci zavod küçəsi 4 mərtəbəli 2 saylı binaların fasadında böyük ölçüdə qrafitliincə təsvirlər çəkilmişdir.

Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə dairəsində qəhraman neftçilərin şərəfinə mozaika tətbiqilə mürəkkəb həndəsi formalı xırda material qırıqlarından istifadə edilməklə salınan 100 kv.m sahəsi olan abidə kompleksi yenidən qurulmuş və ətrafı abadlaşdırılmışdır.

Eyni zamanda Əmircan qəsəbəsindən Yeni Suraxanı qəsəbəsinə gedən yolun kənarında “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid ərazidə, Yeni Günəşli yaşayış sahəsində (Ana-uşaq parkı), Heydər Əliyev parkında, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi (Bülbülə gölünün ətrafında), “27 sentyabr - Anım günü” ilə əlaqədar Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində, Əmircan qəsəbəsi, Vladimir Balandin küçəsi, yeni salınmış parkda, “Neftqazelmitədqiqatlayihə” institutunun Suraxanı rayonu ərazisində yerləşən Eksperimental təcrübə sınaq işləri müəssisəsin, Suraxanı Maşınqayrma zavodu ASC-nin, “Abşeron Oyl” Əməliyyat Şirkətinin kontrakt sahəsin ərazilərində və Hövsan qəsəbəsi, Polad Şirinov küçəsi, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsinin kənarlarında və digər sahələrdə ağacəkmə aksiyası keçirilmiş 25859 ədəd Eldar şamı, sərv, zeytun, çinar, palma, xurma, muşmula, leylandi, iydə ağacı, 8500,0 kv.m yaşıl çəmən və 4397 ədəd müxtəlif növ gül və kollar əkilmişdir.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsində əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci il dönümünə həsr olunmuş ağacəkmə aksiyasında 250 ədəd Eldar şamı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 200 ədəd sərv ağacı, eyni ünvanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında isə 550 ədəd sərv ağacı əkilmişdir  əkilmişdir.

 

.


Müəssisənin  adı

Fəaliyyətə başladığı dövr və fəaliyyət növü

1.

“Bahar Enerji” əməliyyat şirkəti
Bakı  şəhəri,  Qum adası,
Ofisin ünvanı – akademik H.Əliyev küçəsi,24
AZ-1078,
Tel.: (012) 505-27-31,
Faks: (012) 505-27-31,
Con Vilfrid Hyu Harkins – prezident.

1962-ci ildə  “Qum adası” neftqazçıxarma idarəsi kimi yaradılmış, 2010-cu ildə əməliyyat şirkətinə çevrilmiş, əsas fəaliyyəti – xam neftin və qazın hasılatı təşkil edir.
730 nəfər işçisi var.

3.

“Azneftkimyamaş”  ASC-nin  “Suraxanı maşınqayırma zavodu”  TASC
AZ-1042,  Bakı  şəhəri,  Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12
Tel: 452-59-78,
Faks: 452-14-29, 452-11-76, Mahmudov Vahid Cabir oğlu – idarə heyətinin sədri.

1925-ci ildə istismara verilmişdir. “Azneftkimyamaş” ASC-nin “Suraxanı maşınqayırma zavodu”  TASC  Azərbaycan Respublikası  Prezidentinin 2001-ci il 22 mart tarixli 649 saylı sərəncamı ilə ləğv edilmiş “Azneftkimyamaş” Dövlət Şirkətinin tabeliyində olmuş Suraxanı maşınqayırma zavodunun bazasında yaradılmışdır. Zavod neft mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış sənaye müəssisəsidir. Zavodun əsas istehsal etdiyi məhsullar aşağıdakılardır: stanqlı quyu nasosları, kəsici klapanlar, qazlift avadanlıqları, qazlift klapanları, quyu tros alətləri, neft mədən avadanlıqlarının ehtiyyat hissələri. İstehsal olunan məhsullar  İSO-9001  Beynəlxalq  standart setifikatı almışdır. Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə nin “Suraxanı maşınqayırma zavodu”  TASC  direktoru Arif Babayev Azərbaycan Respublikası  Prezidentinin 24  may 2007-ci il tarixli 2201 saylı sərəncamı ilə “Şöhtər  ordeni” ilə təltif edilmişdir.
250 nəfər işçisi var.

4.

“ATEF  Qrup”  “ATEF Transformator” MMC

(Elektromaş zavodu, İri qabaritli transformatorlar zavodu, Transformator zavodu, Yüksək Gərginlikli avadanlıqlar zavodu, Metal Konstruksiyalar zavodu və izolyasiya və mebel zavodu)
AZ-1042,  Bakı  şəhəri,  Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsi, 1
Tel: 452-98-27,452-39-75,452-41-81,
Faks: 452-73-74,
Əlixanbəyov Emil Talıb oğlu – idarə heyətinin sədri.

1961-ci ildə istifadəyə verilmiş “Bakı Mayesiz Transformatorlar”  zavodu bazasında yaradılmışdır və elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanmasında və istehlakda istifadə edilən elektrotexniki avadanlıqların istehsalı üzrə ixtisaslaşdırılmışdır.
2001-ci ildə müəssisə İSO-9001 beynəlxalq  standart setifikatı almışdır.
1500 nəfər işçisi var.

5.

“Suraxanıoyl” Əməliyyat Şirkəti
AZ-1042,Yeni Suraxanı qəsəbəsi,S.Bəhlulzadə küç., 12
Tel: 452-04-46,
Faks: 452-21-86
Sarıbalayev Arzu  Gülbala  oğlu – icraçı direktor.

Suraxanıoyl” Əməliyyat Şirkəti  2006-cı il 02  aprel tarixdə “Suraxanıneft”  Neftqazçıxarma idarəsinin  bazasında yaradılmış, xam neftin və qazın hasilatı  ilə məşğul olur.
1440 nəfər işçisi var.

6.

ARDNŞ-in “Azneft” İB-nin Dalma qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental  İstehsalat müəssisəsi
AZ-1042,Əmircan qəsəbəsi, A.Rzayev küç. 27
Tel: 452-49-66, 452-39-63
Faks: 452-49-71,452-40-34
Cəfərov Kamran Cavad oğlu direktor vəzifəsini müvəqqəti icra edir

Müəssisə 1967-ci ildən  fəaliyyət  göstərir. Əsas fəaliyyət növü – dalma elektrik nasos qurğularının təmiri və kirayəsi təşkil edir.
385 nəfər işçisi var.

7.

“Bakı Neft Mədən Avadanlıqları” ASC
AZ-1042, Bülbülə qəsəbəsi
Tel: 452-31-35,
Faks: 452-95-59
Əmirov Eşqin Əhliman oğlu  – idarə heyətinin sədri.

Müəssisə 1901-ci ildə Moskva-Kavkaz neft sənayesi və ticarəti şərikli təşkilatının nəzdində Nobel qardaşları tərəfindən neft-mədən avadanlıqlarının təmiri ilə məşğul olan emalatxana kimi yaradılmışdır. Neft-mədən avadanlıqlarının istehsalı üzrə Bakı maşınqayırma zavodunun bazasında 11-07-2001-ci ildən “Bakı Neft Mədən Avadanlıqları” ASC  yaradılmışdır. Müəssisə neft-mədən avadanlıqlarının, onların ehtiyat hissələrinin istehsalı, bütün tip qazma nasoslarının, oymaqsız dərinlik nasoslarının və siyirtmələrinin əsaslı təmiri işləri ilə məşğuldur.
65 nəfər işçisi var.

8.

Hövsan  Aerasiya  Stansiyası
AZ-1089, Hövsan  qəsəbəsi
Tel: 457-70-35,
Əbilov Əbil Səttar oğlu – rəis.

30.12.1987-ci il tarixdən fəaliyyət göstərir.2009-cu ilin dekabrın 25-də əsaslı şəkildə yenidən qurulmuş. Hövsan Aerasiya Stansiyasının açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak etmişdir. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın sutkalıq gücü 480 min kubmetrdən 640 min kubmetrə çatmışdır. 167 nəfər işçisi var.

9.

“Bakı Taxıl Terminalı” MMC
AZ-1089, Hövsan  qəsəbəsi, Ş.Ziyadov küçəsi 1
Tel: 457-86-55,
Faks: 457-78-10,
İsmayılov Rüfət Əvəz   oğlu– idarə heyətinin sədr müavini.

Müəssisə 2007-ci ilin may ayından fəaliyyətə başlayıb, əsas fəaliyyət  növü – taxılın tədarükü və satışıdır.
70 nəfər işçisi var.

10.

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC
AZ-1089, Hövsan  q., Ş.Ziyadov küçəsi 1
Tel: 457-77-93,
Faks: 457-77-92,
Daşdəmirov Rəşad  Rasim oğlu – direktor.

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC  2019-cu il tarixdən 1960-cı illərdə yaradılmış müəssisənin nəzdində fəaliyyət göstərir. Əsas fəaliyyəti kilkə balığının ovu və konservləşdirilməsidir.
98 nəfər işçisi var.

11.

“Bakı Tikinti Materialları” ASC
AZ-1048, Qaraçuxur qəsəbəsi  48
Tel: 579-78-39,
Həsənov  Ramiz  Musa oğlu – idarə heyətinin sədri.

“Bakı Tikinti Materialları” ASC  1952-ci ildə fəaliyyətə başlamış müəssisənin nəzdində 30 aprel 2001-ci ildən etibarən fəaliyyət göstərir.Əsasən keramit və kərpic istehsal  edir.
15 nəfər işçisi var.

12.

“Abşeron Operating Company Limited” əməliyyat şirkəti
Hövsan qəsəbəsi,
Muxametzyanov Ruslan Asxatoviç - filial rəhbəri

2008-ci ildən başlayaraq fəaliyyət  göstərir. Fəaliyyət növü – xam neftin və qazın hasilatıdır. 

 143 nəfər işçisi var.

13.

“Bakı Neft  Cihazları” ASC (Gilan Holdinq) AZ-1042, Əmircan qəsəbəsi,
S.Bəhlulzadə küç., 10
Tel: 452-18-31,
Faks: 452-20-17,
Səfərov Ramil Rafiq oğlu

Icarədar

1939-cu ildən fəaliyyət göstərən Bakı Təcrübə Eksperimental  zavodun nəzdində 2002-ci ilin dekabr ayından “Bakı Neft  Cihazları” ASC kimi fəaliyyət göstərir. Neft Mədən avadanlıqlarının istehsalı və təmiri ilə məşğuldur.
28 nəfər işçisi var.

14.

“Gön Xırdavat” ASC
AZ-1050, Yeni Suraxanı qəsəbəsi,
14 iyul küçəsi, 9
Tel: 452-70-10
Məmmədova Nigar Fikrət qızı – direktor

1970-ci ildən fəaliyyət göstərən “Gön Xırdavat” fabriki 1998-ci ildən Dövlət  Əmlak Komitəsinin 132 saylı  sərəncamına əsasən “Gön xırdavat” ASC-yə çevrilmişdir. Hal-hazırda müəssisənin bəzi sexləri icarəyə verilir.
5 nəfər işçisi var.

15.

Suraxanı Dəmiryolu stansiyası
AZ-1042, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi
Tel: 452-21-66,
Əliyev Cəfər Məmməd oğlu  – rəis.

1926-cı ildən fəaliyyətə başlayıb,7 km. məsafədə  4 stansiya fəaliyyət  göstərir.
9 nəfər işçisi var.

16.

“Bakı Toxuculuq”  QSC
AZ-1043,Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi
Tel: 458-14-21
Məmmədov Fazil Ətirxan oğlu – direktor.

Bülbülə toxuculuq fabrikinin nəzdində 1998-ci il tarixdən ASC yaradılmışdır. Hal-hazırda müəssisə fəaliyyət göstərmir, bəzi sexlər icarəyə verilib.
59 nəfər işçisi var.

17.

SOCAR 4 saylı Nəqliyyat Departamentinin 4 saylı Nəqliyyat Sahəsi  

AZ-1018,   Zığ qəsəbəsi,
Tel: 447-45-48
Əhmədov Əbdül Əliyulla oğlu– rəis.

“Xəzərdəniznefttikinti” Trestinin nəzdində təşkil olunub, xüsusi texnikaya malik NQT trest XTİ-i 2007-ci ildən fəaliyyətə başlayıb.
448 nəfər işçisi var

18.

“BakuBus ” MMC
AZ-1018, Zığ qəsəbəsi,
Tel: 404-11-10,
Qəribov Hikmət Əbdürrəhman oğlu idarə heyətin sədri vəzifəsini müvəqqəti icra edir.

2015-ci ildən fəaliyyət göstərir. Şəhərdaxili sərnişin daşıma ilə məşğul olur.
2300 nəfər işçisi var.

19.

“Yeni Bakı Süd Zavodu”  MMC
AZ-1091, Zığ qəsəbəsi,
Tel: 458-55-11,
Cabbarlı Elnur İmamquliyev  - direktor

2012-ci ildən fəaliyyət göstərir. Süd emalı ilə məşğul olur.
35 nəfər işçisi var.

20

AZ-1089, Hövsan qəsəbəsi,

Rasim Şahsuvarov küçəsi 1012 457-70-48

 (012) 457-70- 49

 “Azərbaycan” Müdafiə Sənayesi

Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti

”Sənayecihaz” Elim-İstehsalat Müəssisəsinin

Dalğa  İdarəetmə Şöbəsinin Muradov Vüsal  – direktor vəzifəsini müvəqqəti icra edir

Hərbi və mülki məmulatların layihələndirilməsi, istehsalı, təmiri və utilizasiyası 170 nəfər işçisi var.

21

AZ-1043, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi tel :(012)  370-05-107

 “AZƏRTUNEL”MMC Hüseynova Natavan Əzizağa qızı –direktor

Mülki və sənaye tikinti Sifariş əsasında Sutkada 2 ədəd dəmir beton boru

Su-kanalizasiya xətləri üçün

120 nəfər işçisi var.

     

 

 

 

Keçidlər