Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Suraxanı rayonu Bakı şəhərinin cənub-şərqində yerləşir və ərazisinin 13 kilometri Xəzər dənizi ilə əhatə olunmuşdur. Rayon ərazisinin şərq hissəsi-Xəzər rayonu, şimal hissəsi-Sabunçu rayonu, qərb hissəsi-Nizami və Xətai rayonları ilə həmsərhəddir.
Ərazisi 122 kvadrat kilometr, əhalisinin sayı 222 004 nəfərdir.
Rayonun inzibati ərazi vahidliyinə 6 qəsəbə daxildir : Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı və Zığ.
Neft və təbii qaz ilə zəngin rayonun iqtisadiyyatının əsasını neftqaz və maşınqayırma sənayesi təşkil edir. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində isə fərdi maldarlıq təsərrüfatları inkişaf etmişdir.
Əmircan qəsəbəsində “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu yerləşir.
Yeni Suraxanı qəsəbəsində yerləşən 2 saylı Bərpa xəstəxanasında kükürdlü su ilə oynaqların, fəqərələrin iltihabı və mübadilə xəstəliklərindən müalicə olunurlar.
Zığ qəsəbəsində yerləşən “Duzlu göl”dən insanlar dəri və oynaq xəstəliklərinin müəlicəsi üçün istifadə edir.
Samur-Abşeron su kanalı, Hövsan-Digah-Qaradağ maqistral qaz kəməri, Bakı-Novorossiysk neft kəməri rayonun ərazisindən keçir.
Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyət kəsb edən Heydər Əliyev prospekti, Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil beton yolu rayonun ərazisindən keçir.

 

Keçidlər