Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov və RİHBA-nın şöbə müdirləri mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən Şəhidlərimizdən Qasımlı Muxtar Əli oğlunun ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanmış və ərzaq yardımı göstərmişlər. Həmçinin, inşa edilmiş qəbirüstü xatirə kompleksində məzarını ziyarət edərək Şəhidin ruhuna dualar oxunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidimiz kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olunaraq yaşadıqları mənzildə əsaslı şəkildə təmir-bərpa işlərinə başlanılmışdır.
Fevralın 20-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri bizlərə qələbə sevinci yaşadan Şəhidimiz polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun əmanəti, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan anası Mətanət xanımı ziyarət ediblər.
Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə torpaqlarımız uğrunda canından keçən 44 günlük Vətən müharibəsinin Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə təqdirəlayiq addım atılıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan Şəhidlərimizdən Şahbazov Elnur Qədir oğlunun ailəsini ziyarət edib, ərzaq yardımı göstərmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri Şəhidimiz Səmədli Elşən Bayram oğlunun doğum günündə onun ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərmişlər. Həmçinin, dəfn olunduğu Əmircan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarını ziyarət edərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun ailəsini ziyarət edib, ərzaq yardımı göstərmişlər.