Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” adlı tədbir keçirilib

18 aprel 2024 | 13:19
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, rayonun din xadimləri, təhsil müəssisələrinin psixoloqları, müəllimləri iştirak ediblər.
   Müasir dövrdə xüsusi aktuallıq kəsb edən məsələlərdən biri olan milli-mənəvi dəyərlərlə bağlı müzakirələr aparılıb, eləcə də milli dəyərlərimizin qarantına çevrilən dövlətimiz tərəfindən bu dəyərlərin təbliğinə, gənclərimizin milli ruhda tərbiyə olunması, onların öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Keçidlər