Şriftin ölçüsü :

Saytın rəngi :

285 nömrəli tam orta məktəbin şagirdi Quliyeva Almaz Elşən qızı respublika müsabiqəsində bürünc medal qazanıb.

24 aprel 2024 | 13:51

    2023-2024-cü tədris ilində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin layihəsi olan "Sabahın Alimləri” XIII Respublika müsabiqəsində iştirak edən ümumtəhsil müəssisələrində 9-11-ci siniflərdə təhsil alan şagirdlərin elmi tədqiqat işləri 8 istiqamət (Riyaziyyat, Fizika və astronomiya, Kimya, Biologiya, Tibb və sağlamlıq, Ekologiya və ətraf mühitin idarə olunması, Mühəndislik, Komputer elmləri) üzrə müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilmişdir.
    Təqdim edilən 652 layihənin 113-ü final mərhələsinə keçib. Final mərhələsinə vəsiqə qazananlar sırasında Suraxanı rayonundan Tibb və sağlamlıq istiqaməti üzrə 285 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Quliyeva Almaz Elşən qızı "Pnevmaniyanı təyin edən süni intellekt sistemi" layihəsi ilə 3-cü yerə layiq görülmüş və bürünc medal ilə təltif edilmişdir.
    Qazanılmış uğur münasibətilə 285 nömrəli tam orta məktəbin direktoru Nurana Hasanova Yahyayeva və müəllim heyyəti başda olmaqla Quliyeva Almaz Elşən qızını, elmi rəhbəri, məktəbin riyaziyyat-informatika müəllimi Reyhan Kərimovanı, eləcə də Almazın valideynlərini təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq.

Keçidlər