Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

05 aprel 2024 | 15:00
Aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində baş tutan konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.
 Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
 Konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
 Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan bu müsabiqədə şagirdlər mövzuları araşdırmaqla tarix biliklərini yeniləyərək Azərbaycan tarixinin dərin köklərə malik olduğuna şahid olurlar. Həmçinin Müasir Azərbaycan tarixinə dərin iz qoymuş 2-ci Qarabağ müharibəsini, xalqımızın böyük qələbəsini və Müzəffər Ali Baş Komandanın yüksək peşəkarlığı və dəqiqliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının bütün nüanslarını dərindən öyrənirlər. Həmçinin, məqalə-yazı müsabiqəsinin mərhələləri barədə geniş məlumat verən K.Axundova bildirib ki, müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə təxminən 2 həftə ərzində 478 şagird məqalə hazırlamışdır. Həmin məqalələri 10 nəfər tarix müəllimindən ibarət komissiya tam konfidensiallıq və şəffaflıq qorunaraq yoxlamışdır. Yoxlama nəticəsində 1-ci mərhələ üzrə ən yaxşı 25 yazı seçilərək şagirdlər dinlənilmiş, 2-ci mərhələ üzrə isə 11 şagird rayon mərhələsinə keçirilmişdir.
 Sonra 5 mövzu üzrə 118, 232, 87, 327, 114, №-li tam orta məktəbin və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin təqdimatında mövzular üzrə səhnəciklər nümayiş olunub, eləcə də seçilmiş 11 şagird məqalə-yazıları hazırladıqları slaydlarla təqdim ediblər.
 Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlər arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, onlarda elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. O, Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident cənab İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışıb.
 Sonda keçirilən referat müsabiqəsinin rayon mərhələsinin fərqlənən şagirdləri rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təltif olunub və onlar mükafatlandırılıblar.
Keçidlər