İcra Hakimiyyəti
Suraxanı Rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının
127 №-li, "21" sentyabr 2020-ci il tarixli
sərəncamı ilə təsdiq edilmişdir
Suraxanı Rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
S İ Y A H I S I
- Suraxanı Rayon İcra Hakimiyyəti adından:
1.1. 1.1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1., 40.0.3., 44, 57.3., 59.2., 154.1., 154.3., 168, 189.2., 319.1., 320.1., 393, 395-ci maddənin qeyd hissəsində, 396, 397, 400, 454, 455.2., 469.1., 516.0.2., 531.1., 531.2., 587, 603.1., 608.1. maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə - Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıyev Rəşad Zülfəli oğlu (olmadıqda RİHB-nin müavini Axundova Könül Arif qızı).