Şriftin ölçüsü :

Saytın rəngi :

Elan

Bakı Regional Məşğulluq filialının və Suraxanı RİH-in birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evinin inzibati binasında 23 yanvar 2025-ci il tarixdə, saat 11:00-dan 13:00-a kimi " Əmək Yarmarka" -sı keçiriləcək.

Əmək Yarmarkasında 18 müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş (əmək haqqı 400-1200 manat) 148 sayda yeni iş yeri vətəndaşlara təqdim olunacaq.

 “Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.

                                                                                          

Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 314

Keçidlər