Şriftin ölçüsü :

Saytın rəngi :

17.04.2024-cü il tarixdən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir

  Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının  Zığ qəsəbə  inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsi üzrə   vakant vəzifəyə ümumi müsahibə elanı

                                                                   

 

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=540

(Elan tarixi - 17.04.2024, sənəd qəbulu 1 may 2024-cü il tarixinədək davam edəcəkdir

   Əlavə məlumat:

·         Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. 

·         Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

·         Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.

Keçidlər