Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Orxan Bəhmən oğlu

Soyad: Hüseynov
Ad: Orxan
Ata adı: Bəhmən
Doğum tarixi: 25.07.1991
Rütbə: baş leytenan

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Orxan Hüseynovdur.

Orxan 25 iyul 1991-ci ildə Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olub.

Müharibə zamanı Bölük komandiri kimi hərbi xidmətini yerinə yetirib. Tərtər-Ağdərə rayonları istiqamətində döyüş yolu keçib.

27.09.2020-ci ildə Tərtər-Ağdərə rayonları istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatlarda düşmən tərəfindən açılan atəş, digər növ partlayışlarla-qəlpələrlə törənmiş zədələnmə nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Tərtər-Çaylı istiqamətində döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirərək və düşmən postunu ələ keçirən zaman şəhid olduğuna görə, Vətənə xidmətlərə görə 3-cü dərəcəli ordeni ilə (ölümündən sonra), Suqovuşanın azad olunmasına görə medal (ölümündən sonra), Vətən uğrunda medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Keçidlər