Şriftin ölçüsü :

Saytın rəngi :

"Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında" Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı

 

Azərbaycan Respublikası

        Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

 

    291                                                                               «   07   »   dekabr   2022-ci il

 

 

Suraxanı Rayon İcra Hakimiyyəti yanında

İctimai Şuraya seçkinin təşkili məqsədi ilə

Komissiyanın yaradılması haqqında

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3, 2.4-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin  6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

 

  1. Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.

 

1.1. Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:

 

Komissiyanın sədri:

Rəşad Hacıyev                    - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

 

Komissiyanın üzvləri:

 

Xanoğlan Allahverdiyev       - RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə

  orqanları ilə iş şöbəsinin müdiri

Sevinc Ağayeva                     - RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər

    şöbəsinin müdiri

Afaq Qədimova                      - RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri

   ilə iş şöbəsinin müdiri

Arif Babayev                           - Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri

Elburus Xəlilov                      - Hövsan Bələdiyyəsinin sədri

İlyas Rzayev                           - “Uğurlu yol” qəzetinin müxbiri

Eldar Rüstəmov                     - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai

    Birliyinin Suraxanı rayon şöbəsinin sədri

Şəkər Həsənzadə                 - Dövlət İdarələri İctimai Xidmət Sahələri

  Həmkarlar İttifaqı Suraxanı rayon təşkilatının sədri

 

  1. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.5-ci maddəsinə əsasən Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 9 nəfər müəyyən edilsin.

 

  1. Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.surakhani-ih.gov.az), “Uğurlu yol” qəzetində, Rayon İcra Hakimiyyətinin məlumat lövhəsində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.

 

  1. Komissiyaya tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq seçkilərin həmin əsasnamənin tələblərinə əsasən həyata keçirilməsini təmin etsin və 20 gün müddətinə başa çatdırsın.

 

  1. Sərəncamın surətinin lazımi ünvanlara çatdırılması aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təmin edilsin.

 

  1. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

                                                                                                                                                                      Əziz Əzizov

Keçidlər