Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi

Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.

Ən böyük göllər Km2 Ən böyük adalar Km2 Ən böyük çaylar km
Sarısu

67.0

Pirallahı

14.4

Kür

1515

Ağgöl

56.2

Çilov

11.5

Araz 1072
Ağzıbirçala

37.0

Xərə-Zirə

3.5

Alazan (Qanıx)

413

Mehman

35.0

Böyük-Zirə

1.4

İori (Qanıx)

389
Böyükşor

9.2

    Samur 216
Hacıqabul

8.4

    Tərtər 200

Dünyada ən böyük göl - Xəzər dənizi, sahəsi 400000 km2, ən dərin yeri - 1025 m.

Ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.

İnzibati-ərazi bölgüsü

Azərbaycan Respublikasının tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.

  Ərazisi (min.km2)   Əhalisi (min    nəfər)     
Bakı şəhəri 2,14 2300,5   Azərbaycanın paytaxtıdır. 12 inzibati rayona bölünür: Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Pirallahı. Azərbaycanın sənaye, elm və mədəniyyət mərkəzidir. İqtisadiyyatının əsasını neft və qaz sənayesi, maşınqayırma, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, tikinti, rabitə, nəqliyyat və s. təşkil edir.
Abşeron rayonu 1,97 215,2 İqtisadiyyatının əsasını qida məhsullarının istehsalı, içki istehsalı, habelə kənd təsərrüfatı – heyvandarlıq, zeytunçuluq, badamçılıq, zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik təşkil edir. Ərazisində neft və qaz hasilatı geniş yayılmışdır.
Ağdam rayonu 1,15 205,1 İqtisadiyyatının əsasını qida məhsullarının istehsalı, geyim istehsalı, habelə kənd təsərrüfatı – pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir.
Ağdaş rayonu 1,02 112,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı – heyvandarlıq, taxılçılıq, meyvəçilik, çəltikçilik, qida məhsullarının istehsalı, içki istehsalı və geyim istehsalı təşkil edir. Biyan bitkisi yetişdirilir.
Ağcabədi rayonu 1,76 137,5 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, qida məhsullarının istehsalı və toxuculuq sənayesi təşkil edir. Respublikanın əsas pambıqçılıq və baramaçılıq rayonlarındandır.
Ağstafa rayonu 1,50 88,8 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir.
Ağsu rayonu 1,02 81,6 İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Sənaye əsasən qida məhsullarının istehsalı və içki istehsalı ilə təmsil olunmuşdur. Pambıqçılıq, üzümçülük, heyvandarlıq inkişaf etmişdir.
Astara rayonu 0,62 110,5 İqtisadiyyatının əsasını qida məhsullarının istehsalı (əsasən quru məxməri çay istehsalı), kənd təsərrüfatı (çəltik, çay, sitrus meyvələri, tərəvəz və s.) və arıçılıq məhsulları istehsalı təşkil edir.
Balakən rayonu 0,94 99,6 İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Taxılçılıq, xüsusən dənlik qarğıdalı yetişdirilməsi, tütünçülük, meyvəçilik (əsasən qoz-fındıq) və südlük-ətlik heyvandarlıq inkişaf etmişdir.
Beyləqan rayonu 1,13 100,0 İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.
Bərdə rayonu 0,95 158,2 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, əsasən pambıqçılıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik, heyvandarlıq və baramaçılıq təşkil edir.
Biləsuvar rayonu 1,36 106,3 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.
Cəbrayıl rayonu 1,05 82,2 İqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi.
Cəlilabad rayonu 1,44 227,6 İqtisadiyyatının əsasını taxılçılıq təşkil edir. Üzümçülük, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik də mühüm təsərrüfat sahələrindəndir.
Daşkəsən rayonu 1,05 35,4 Rayonda əsasən heyvandarlıq, taxılçılıq və kartofçuluqla məşğul olurlar. Filiz saflaşdırma kombinatı fəaliyyət göstərir.
Dəvəçi rayonu 1,09 60,2 İqtisadiyyatını kənd təsərrüfatı sahələri, o cümlədən taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Füzuli rayonu 1,39 134,7 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda kənd təsərrüfatı məhsullarının emalı müəssisələri var idi.
Gədəbəy rayonu 1,23 101,1 Rayon kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, taxılçılıq, heyvandarlıq və arıçılıq inkişaf etmişdir. Respublikanın əsas kartofçuluq rayonlarındandır.
Goranboy rayonu 1,70 105,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən taxılçılıq, pambıqçılıq və tərəvəzçilik təşkil edir.
Gəncə şəhəri 0,11 335,8 Əhalisinin sayına görə respublikada ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhərdir. İstehsal edilən sənaye məhsullarının ümumi həcminin çox hissəsi metallurgiya, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı və elektrik avadanlıqlarının istehsalı müəssisələrinin payına düşür.
Göyçay rayonu 0,74 122,4 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik (əsasən nar, xurma, heyva) təşkil edir.
Göygöl rayonu 0,92 65,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən heyvandarlıq, üzümçülük, bitkiçilik, tərəvəzçilik təşkil edir.
Hacıqabul rayonu 1,60 77,1 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, quşçuluq, taxılçılıq, pambıqçılıq, bostançılıq və tərəvəzçilik təşkil edir.
Xankəndi şəhəri 1,05 55,0 Respublikanın inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi inkişaf etmişdi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları var idi. Hal-hazırda ermənilər tərəfindən işğal olunmuşdur.
Xaçmaz rayonu 1,06 181,2 Respublikanın ən iri tərəvəz, taxıl və meyvə yetişdirən, heyvandarlıq rayonlarından biridir. Quşçuluq və balıqçılıq da inkişaf etmişdir. Konserv emalı, üzüm emalı zavodları və s. fəaliyyət göstərir.
Xızı rayonu 1,67 17,2 İqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq təşkil edir.
Xocavənd rayonu 1,46 44,2 İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu.
Xocalı rayonu 1,00 29,0 Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər zavodu, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq və tikiş fabrikləri var idi.
İmişli rayonu 1,89 132,3 İqtisadiyyatında pambıqçılıq, heyvandarlıq, taxılçılıq mühüm yer tutur. Respublikanın əsas pambıqçılıq rayonlarındandır.
İsmayıllı rayonu 2,07 87,9 Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və s. müəssisələr vardır.
Kəlbəcər rayonu 3,05 94,7 İqtisadiyyatında əkinçilik və heyvandarlıq əsas yer tuturdu.
Kürdəmir rayonu 1,63 118,8 İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə pambıqçılıq, taxılçılıq təşkil edir. Üzümçülük və baramaçılıq da inkişaf etmişdir.
Qax rayonu 1,49 57,5 İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə tütünçülük, taxılçılıq və meyvəçilik (əsasən qoz-fındıq), habelə heyvandarlıq və baramaçılıq təşkil edir.
Qazax rayonu 0,70 98,9 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə taxılçılıq, üzümçülük, bostan tərəvəzçiliyi və heyvandarlıq təşkil edir. Qida məhsulları, içki, tikinti materialları istehsal edən müəssisələr də fəaliyyət göstərir.
Qəbələ rayonu 1,55 108,7 İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.
Qobustan rayonu 1,37 47,9 İqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Quba rayonu 2,61 174,7 Respublika əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq, heyvandarlıq və arıçılıqdır. Sənaye müəssisələrində qida məhsulları (meyvə və tərəvəz konservləri) istehsal olunur, xalçaçılıq müəssisələri fəaliyyət göstərir
Qubadlı rayonu 0,80 41,9 İqtisadiyyatı əsasən taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq sahəsində ixtisaslaşmışdı. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri var idi.
Qusar rayonu 1,50 99,7 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Heyvandarlıq, taxılçılıq, kartofçuluq, meyvəçilik geniş inkişaf etmişdir. Kənd təsərrüfatı məhsullarının emalı müəssisələri fəaliyyət göstərir.
Laçın rayonu 1,84 79,2 İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Taxılçılıq və meyvəçilik geniş inkişaf etmişdi.
Lənkəran rayonu 1,54 231,1 Əsasən qida məhsullarının istehsalı və içki istehsalı müəssisələri fəaliyyət göstərir. Çay fabriki, tərəvəz, balıq konserv zavodları və s. mövcuddur. Aqrar bölmənin əsasını tərəvəzçilik, çəltikçilik, çayçılıq, meyvəçilik, arıçılıq və heyvandarlıq təşkil edir.
Lerik rayonu 1,08 86,6 İqtisadiyyatının əsasını kartofçuluq, tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq təşkil edir.
Masallı rayonu 0,72 229,0 İqtisadiyyatının əsasını tərəvəzçilik, meyvəçilik, üzümçülük, taxılçılıq və çayçılıq təşkil edir. Qida məhsulları, içki, mebel istehsal edən sənaye müəssisələri fəaliyyət göstərir.
Mingəçevir şəhəri 0,14 106,4 Sənayesinin əsasını energetika, maşınqayırma, kimya, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və tikinti materiallarının istehsalı müəssisələri təşkil edir.
Naftalan şəhəri 0,3 7,7 Kurort şəhəridir. 6 sanatoriya fəaliyyət göstərir.
Neftçala rayonu 1,45 89,2 Sənaye və kənd təsərrüfatı rayonudur. Neft-kimya, balıq və pambıq emalı müəssisələri və digər müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatında aparıcı sahələr pambıqçılıq, tərəvəzçilik, bostançılıq və meyvəçilikdir.
Oğuz rayonu 1,08 45,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, bitkiçilik, taxılçılıq, tütünçülük və tərəvəzçilik təşkil edir.
Saatlı rayonu 1,18 110,0 İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq təşkil edir. Qida məhsulları istehsalı, toxuculuq sənayesi, biyan məhsulları istehsalı müəssisələri mövcuddur.
Sabirabad rayonu 1,47 180,3 Respublikanın iri pambıqçılıq, heyvandarlıq, bostançılıq və tərəvəzçilik rayonudur. Baramaçılıq da inkişaf etmişdir. Pambıqtəmizləmə və digər emal müəssisələri mövcuddur.
Salyan rayonu 1,60 140,8 Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik (əsasən istixana şəraitində) və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm sahələrdir. Neft-qaz hasilatı sahəsi, plastik kütlə emalı, pambıqtəmizləmə zavodları və s. mövcuddur.
Samux rayonu 1,45 59,2 İqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir.
Siyəzən rayonu 0,70 42,9 İqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Kənd təsərrüfatında isə üzümçülük, taxılçılıq, quşçuluq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur.
Sumqayıt şəhəri 0,09 346,4 İqtisadiyyatında kimya, neft-kimya, qida məhsullarının istehsalı, içki istehsalı, toxuculuq sənayesi, geyim istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, maşınqayırma, elektrik avadanlıqlarının istehsalı müəssisələri, energetika, tikinti materiallarının istehsalı əsas yer tutur.
Şamaxı rayonu 1,67 107,4 İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq təşkil edir.
Şəmkir rayonu 1,66 220,7 İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Şəki rayonu 2,43 189,1 Kənd təsərrüfatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Şəki-İpək müəssisəsi, tütün fermentləmə zavodu, qida məhsulları istehsalı və digər müəssisələr də mövcuddur.
Şuşa rayonu 0,31 34,9 İqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi.
Tərtər rayonu 0,96 105,0 Əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıq, meyvəçilik və baramaçılıqdır. Pambıq emalı müəssisəsi və telemexanika zavodu da mövcuddur.
Tovuz rayonu 1,94 178,1 İqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tərəvəzçilik, meyvəçilik, bostançılıq, taxılçılıq, heyvandarlıq, arıçılıq, baramaçılıq təşkil edir.
Ucar rayonu 0,83 90,1 İqtisadiyyatının əsasını kənd təsərrüfatı – pambıqçılıq, taxılçılıq, heyvandarlıq, quşçuluq, baramaçılıq, meyvəçilik, çəltikçilik, üzümçülük və bostançılıq təşkil edir.
Yardımlı rayonu 0,67 68,8 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, qoyunçuluq və arıçılıqla məşğuldur.
Yevlax rayonu 1,47 130,6 Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşıb. Quşçuluq və baramaçılıqla da məşğul olunur. Pambıq emalı müəssisəsi, dəri emalı fabriki və digər sənaye müəssisələri vardır.
Zaqatala rayonu 1,35 130,5 İqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq, tütünçülük, meyvəçilik (əsasən qoz-fındıq), tərəvəzçilik, baramaçılıq, arıçılıq inkişaf etmişdir. Qida məhsulları istehsalı, tütün emal müəssisələri, tikiş və mebel fabrikləri mövcuddur.
Zəngilan rayonu 0,73 45,5 İqtisadiyyatının əsasını taxılçılıq, tütünçülük, kartofçuluq, meyvəçilik, bostançılıq təşkil edirdi. Emal müəssisələri mövcud idi.
Zərdab rayonu 0,86 59,7 İqtisadiyyatında taxılçılıq, pambıqçılıq, baramaçılıq, çəltikçilik və heyvandarlıq xüsusi rol oynayır. Süd emalı müəssisəsi mövcuddur.
Naxçıvan Muxtar Respublikası 5,5 397,4 Muxtar Respublikada 6 rayon - Sədərək, Ordubad, Culfa, Şərur, Babək, Şahbuz və 3 muxtar respublika tabeli şəhər (Naxçıvan, Culfa, Ordubad) vardır.
Naxçıvan şəhəri 0,19 95,1 Naxçıvan Muxtar Respublikasının paytaxtı. Sənayenin əsasını qida məhsullarının istehsalı, içki istehsalı, geyim istehsalı, tikinti materiallarının istehsalı müəssisələri, minik avtomobilləri istehsal edən zavod və s. müəssisələr təşkil edir.
Babək rayonu 0,83 76,5 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə quru subtropik meyvəçilik, tərəvəzçilik, taxılçılıq təşkil edir. Qida məhsullarının istehsalı, içki istehsalı, tikinti materiallarının istehsalı müəssisələri vardır.
Culfa rayonu 0,93 47,3 İqtisadiyyatının əsasını meyvəçilik, üzümçülük, heyvandarlıq və arıçılıq təşkil edir. Karbon qazı zavodu, qida məhsulları istehsalı müəssisələri mövcuddur.
Ordubad rayonu 0,98 50,3 İqtisadiyyatı çoxsahəlidir. Kənd təsərrüfatında meyvəçilik, tərəvəzçilik, üzümçülük, bostançılıq, arıçılıq və heyvandarlıq əsas yer tutur.
Sədərək rayonu 0,16 16,1 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Kəngərli rayonu  0,70 33,0 İqtisadiyyatının əsasını meyvəçilik, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edir.
Şahbuz rayonu 0,84 25,3 İqtisadiyyatının əsasını heyvandarlıq, arıçılıq və bitkiçilik təşkil edir.
Şərur rayonu 0,87 117,9 İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik, heyvandarlıq və arıçılıq təşkil edir.
Şirvan şəhəri 0,07 87,9 Şəhərdə 29 sənaye müəssisəsi, o cümlədən Avropada ən böyük açıq tipli Şirvan DRES, tikinti materialları istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı, neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

 

Keçidlər