Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Süleymanov Rauf Allahverdi oğlu

Soyad: Süleymanov
Ad: Rauf
Ata adı: Allahverdi
Doğum tarixi: 29.05.1987
Şəhid olub: 5.10.2020
Rütbə: MAHHXHQ çavuş

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Süleymanov Rauf Allahverdi oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Süleymanov Rauf Allahverdi oğlu 29 may 1987-ci ildə Neftçala rayonu Abasallı kəndində anadan olub. 1994–2005-ci illərdə orta məktəbdə oxuyub.


2005-ci 6 iyul tarixində hərbi xidmətə yola düşüb. Müddətli həqiqi hərbi xidməti bitirdikdən sonra 18 yanvar 2007-ci ildən etibarən MAHHXHQ çavuş kimi Daxili Qoşunlarda işləməyə başlayıb.

2007-ci ildə Bərdə rayonunda, Daxili Qoşunlarda hərbi xidmət keçmiş, sonra həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə müddətdənkənar maxe-snayperçi vəzifəsində işləmişdir. 2011-ci ildə Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində iş fəaliyyətini davam etdirmişdir. Sonralar çavuş, baş çavuş vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildə Türkiyənin Foça şəhərində atış üzrə təlim keçmiş və yüksək dərəcəli setifikatla təltif olunmuşdur. 2020-ci ildə baş gizir vəzifəsinə təyin edilmişdir.
Evli idi. Övladı olmadığı üçün uşaq himayəyə götürmüşdü.


26 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlar-başlamaz ön cəbhəyə yollanıb. İxtisasca atıcı-snayperçi imiş. 5 oktyabr tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Mühasirəyə alındıqda düşmənə əsir düşməməsi üçün özü-özünü vuryb.


12 oktyabr 2020-ci ildə Neftçala rayonu Abasallı kəndində dəfn olunub.


Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.


Qəhrəmanımız "Vətən uğrunda" medalı ilə də təltif edilib.

Keçidlər