Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

• Əhalinin sayı – 207279 nəfər (01.01.2023)

• Əhalinin sıxlığı – 1 819 nəfər 1 kv.km

• Məcburi köçkünlərin sayı –19561 nəfər

Suraxanı rayonunun tanınmış şəxsiyyətlərinin siyahısı

 

Soyadı, adı, ata adı

Qısa məlumat

Doğum tarixi

Vəfatetdiyi tarix

image6

  Abbasqulu Ağa Mirzə Məhəmməd oğlu Bakıxanov

Əmircanda anadan olmuş, Azərbaycan tarixinə həsr olunmuş ilk elmi-tədqiqat “Gülüstani-İrəm” əsərinin müəllifi, maarifpərvər yazıçı və şair,  sonuncu Bakı xanı - II Mirzə Məhəmməd xanın oğludur. Çar ordusunun polkovniki rütbəsində olmuş, bir çox dünya klassiklərinin əsərlərini dilimizə tərcümə etmişdir.

1794

1847

 

Balasadıq Məmməd Hüseyn oğlu 

El  şairi. Suraxanıda anadan olmuş, XVIII-XIX əsrdə  yaşamışdır (əlyazmaları Əlyazmalar Fondunda  saxlanılır).

 

 

 

Bəydəmirov Mövsüm Hacı Məzahir oğlu

Bülbülədə anadan olmuşdur. Müsavat partiyasının fəal üzvü kimi 1926-cı ildə həbs edilmiş, 1937-ci ildə güllələnmişdir.

1899

1937

 

Rüstəmov Əliheydər  Niftəli oğlu

Şair, qəzəlxan. Suraxanıda anadan olmuş, repressiya olunmuşdur.  

1920

1947

 

Mirzə Əsədulla Abdin oğlu

Suraxanıda anadan olmuş, Bakının ən tanınmış xəttatı (kalliqrafı), XX əsrin əvvəllərində bir çox nəşr nümunələrinin müəllifidir.

1889

1944

    

Zeynal Zeynalov 

Əmircanda anadan olmuş, buruq ustası işləmiş, rus inqilabının fəalı olmuş, “Hümmət”, “İrşad” qəzetlərində   əməkdaşlıq etmiş, 1907-ci ildə Dövlət Dumasının deputatı seçilmişdir.  

1876

1935

 

Abdullayev Kərim Kərbalayı Yəhya oğlu

Bülbülədə anadan olmuş,  Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, xalq maarifi sahəsində çalışmış, xalq hakimi, Ali Sovetinin sədri, Ali Məhkəmə  Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri, Ədliyyə nazirinin müavini, Respublika Prokuroru, Zaqafqaziya üzrə Yol Nəqliyyatı nazirinin müavini, Gürcüstan Respublikasının Axalsıx rayonunda XDS-nin İcraiyə Komitəsinin sədri vəzifələrində işləmis, 1937-ci ildə həbs edilərək güllələnmişdir.

 1898 

1937

 

Tairov Cabbar

Nəsib oğlu

Qazmaçı, Suraxanıda anadan olmuş, 1930-1937-ci illərdə neft ustası, baş usta, mədən müdiri, 1939-1944-cü illər “Stalin NQÇİ”-nin, 1944-cü ildən “Siyəzən NQÇİ”-nin, 1949-cu ildən isə “Ordjenikidze NQÇİ”-nin rəisi vəzifələrində çalışmışdır.  

1900

1983

image7

Əliyev Mirzəağa  

Əmi oğlu

SSRİ xalq artisti. Hövsan qəsəbəsində anadan olub.

1883

1954

      

 Mirzə Axund  Əbu Turabi

Əmircanda anadan olmuş, riyaziyyat, təbiət, coğrafiya, ədəbiyyat, məntiq elmlərini, ərəb, türk, fars, rus dillərini mükəmməl bilmişdir. Onun təşəbbüsü ilə kənddə birinci qızlar mollaxanası açılmışdır. Maarifçiliklə məşğul olmuşdur.

1845

1907

image8

Muxtarov  Murtuza  Səttar oğlu

Neft sənayeçisi,milyoner. Əmircanda anadan olmuş, 1890-cı ildə onun tərəfindən yaradılan kontor qazma avadanlıqlarını təkmilləşdirərək Abşeronda 1100 m dərinlikdə neft quyuları qazmağa başladı. O Bibiheybətdə və Rusiyada ilk neft qazma avadanlıqları istehsal edən iri zavodlar tikdirmiş, xeyriyyəçiliklə məşğul olmuşdur. Onun köməkliyi ilə gənclər xaricdə təhsil almışlar. Əmircanda qoşaminarəli məscidi, Bakıda, Kislovodskidə, Florensiyada, Rusiyanın və Avropanın bir sıra şəhərlərində memarlıq sənətinin gözəl incilərindən olan binalar tikdirmişdir.      

1840

1908

 image9

Əsədullayev Şəmsi 

Neft sənayeçisi, milyoner. Əmircanda anadan olmuş, elm və mədəniyyətin təbliğatçılarından olan Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına onlarla istedadlı azərbaycanlı gənc Almaniya, Fransa, Varşava, Kazan, Kiyev, Moskva, Odessa, Peterburqda təhsil alıb.

1841

1913

           

Balayev Şıx 

Əlibəndə oğlu

Neft sənayeçisi, xeyriyyəçi. Suraxanıda anadan olmuş, erməıni kapitalistlərinə  qarşı fəal mübarizə apararaq  öz xalqının milli mənafeyini  müdafiə etmiş, 1918-ci ilin Mart qırğınları zamanı Bakı-Abşeronun ərazisində müdafiə dəstələri təşkil etmişdir. 

1882

1924

          

Səməd Mənsur  (Hacı Əhməd oğlu Kazımov)

Şair, felyetonçu. Əmircanda anadan olmuş, “Molla Nəsrəddin” jurnalında  çalışmış, “Məcmuəşura” İctimai Yazıçılar Birliyinin  üzvü olmuşdur. ( rejissor Tofiq Kazımovun atası)

1879

1927

          

Dadaşov Əmrulla 

Həsən oğlu

General. Suraxanıda anadan olmuş, 1925-ci ildə Şərq Xalqları Universitetini, sonralar Hərbi Siyasi Akademiyanı  bitirmiş, 1942-ci ildə Mojaysk yaxınlığındakı döyüşlərdə həlak olmuşdur.  

1900

1942

 

image10

Nuriyeva Sona 

Piri qızı

İlk azərbaycanlı təyyarəçi qadın. Əmircanda anadan olmuş, Lenin və Şərəf Nişanı ordenləri ilə təltif edilmiş, SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

1915

1986

            

 Bəhlulzadə  Səttar 

 Bəhlul oğlu

SSRİ-nin xalq rəssamı.Əmircanda anadan olmuş, əsərləri dəfələrlə respublikada,Rusiya, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Kanada, Belçika, Fransa, Yaponiya, İraq, Kuba və başqa ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib və bir çox dünya muzeylərində özünəməxsus yer tutub.

1909

1974

        

Məmmədov Əmi 

Ağa oğlu

Sovet İttifaqı Qəhrəmanı. Yeni Suraxanı qəsəbəsində anadan olub. 1944-cü ildə Nikolayevski desant qüvvələri tərkibində  alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Adına küçə var.

1922

1944

            

Verdiyev  Əvəz  

Həşim  oğlu 

Sovet İttifaqı Qəhrəmanı. Bülbülədə anadan olmuş, Polşa uğrunda döyüşdə göstərdiyi qəhrəmanlığa görə 1944-cü il sentyabr ayının  23-də Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduz medalı ilə  təltif edilir. Suraxanı maşınqayırma zavodunun  ərazisində onun büstü qoyulmuş, Bülbülədə yaşadığı evin  divarında xatirə lövhəsi vurulmuş,adına küçə var.  

1916

1944

 

image11

Balandin Vladimir Aleksandroviç

Sovet İttifaqı Qəhrəmanı

1923

1944

      

Molla Şərif  

Əsir oğlu 

Suraxanıda anadan olub. İlk dəfə  kənddə mollaxana açmışdır. Sonra dövlət tərəfindən  təqib olunub. Fransız, rus, fars, ərəb dilini bilirdi. Dinin, islamın  qorunması və təbliğində  böyük rolu olmuşdur.   

1881

1960

 

Göycayev Məlik 

Abbas oğlu

Suraxanıda anadan olub. Xəzər dənizində neftçıxarma işlərində işləmiş, 1959-cu ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.  

1903

1966

 

Sumbatzadə Əlisöhbət  Sumbat oğlu

Akademik. Əmircanda anadan olmuş,1926-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş,1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor, AEA-nın müxbir üzvü, həqiqi üzvü, AEA-nın vitse-prezidenti seçilmiş, Yaxın və Orta Şərq  Xalqları İnstitutunun  direktoru  vəzifəsində çalışmışdır.

1907

1992

image12

Bayramov Tofiq

Qulam oğlu

(Tofiq Bayram)

Əmircanda anadan olmuş, Respublikamızın istedadlı lirik şairlərindəndir. O vətənpərvərlik, məhəbbət haqqında  gözəl  şerlərin, bir sıra şer kitablarının  müəllifidir. 

1934

1991

        

Salmanov Şamil

Məmməd oğlu

Suraxanıda anadan olub. Filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas. Yazıçılar Birliyinin üzvü.

1933

2007

      

İsmayılov Pənah 

Xanverdi oğlu

Suraxanıda anadan olub. Kimya elmləri doktoru, kimyəvi texnologiya üzrə mütəxəssis. Əlcəzairdə universitetin  kafedra müdiri, fransız dilində 40-dan artıq kitab və məqalələrin müəllifidir.

1938

2005

 

Qılıncov Həsən 

Rahib oğlu

Suraxanıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu 1931-ci ildə bitirmiş, Mexaniki-təmir zavodunun direktoru işləmiş (1941-1945), bacarıqlı təşkilatçı və rəhbər olmuşdur.

1912

1989

 

Aşıq Cavad

XIX əsrin birinci yarısında Bülbülə qəsəbəsində yaşayıb-yaratmış el aşığı olmuşdur. Onun yazıb–yaratdığı əsərlər, yaradıcılığı haqqında geniş məlumat bir çox səbəblər üzündən bu günümüzə gəlib çıxmamışdır.

 

 

      

Hacı Mirzə Məhəmməd Rəhim Xəlfəqulu oğlu

Bülbülənin tanınmış ziyalılarından biri olmuş, onun haqqında məlumatlar olduqca azdır. İranda, Hindistanda yaşamış, XX əsrin 20-30-cu illərində pedaqoqika, din, coqrafiya və  tarixə  aid əsərlərinin müəllifidir.

 

 

   

Əcəmov  Keykavus

 Yusif oğlu

Yeni Suraxanıda anadan olmuş, 101 saylı orta məktəbdə, Azərbaycan Neft-Kimya İnstitutunda oxumuş, kimya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akade-miyasının akademiki seçilmiş, "Əməkdar müəllim" fəxri ada layiq görülmüş, 25 monoqrafiya, dərslik, 340 elmi əsərin, o cümlədən 45 patentin müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə ekspert Şurasının üzvüdür.

1941

 

    

Abiyev Ağacan

Qulam oğlu

Bülbülədə anadan olmuş, 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, hal-hazırda həmin İnstitutun rektoru, Azərbaycan Respublikası Boks Federasiyasının Prezidenti, Milli Olimpiya Komitəsinin baş katibi, Beynəlxalq dərəcəli hakim, Milli Məclisin deputatı,Respublikanın əməkdar elm xadimi.  

1937

 

      

Babayev Arif

Eyvaz oğlu

Yeni Suraxanı qəsəbəsində anadan olmuş, “Suraxanı Maşınqayırma zavodu” TASC-nin idarə heyətinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2007-ci il tarixli Sərəncamı ilə  “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycanın “Əməkdar maşınqayıranı”dır.  

1937

 

          

Alxasov TofiqHəsən oğlu

Yeni Suraxanıda anadan olmuş, elmlər doktoru,  professor, AEA-nın müxbir üzvü, 1994-cü ildən Beynəlxalq Eko Akademiyasının həqiqi üzvüdür. O 8 dərsliyin, 403 elmi əsərin və monoqrafiyanın müəllifidir. 1970-1988-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının elmi işlər üzrə prorektoru olmuş, hal-hazırda ABŞ Los-Anjeles şəhərində yaşayır.   

1932

 

 

Keçidlər