Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cabarzadə Cavid Qorxmaz oğlu

Soyad: Cabbarzadə
Ad: Cavid
Ata adı: Qorxmaz
Doğum tarixi: 10.08.1997
Rütbə: Əsgər

Cabbarzadə Cavid Qorxmaz oğlu 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. Cavid Cabarzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Cabarzadə oktyabr 24- də Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər