Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Elvin Bəhruz oğlu

Soyad: Əliyev
Ad: Elvin
Ata adı: Bəhruz
Doğum tarixi: 26.02.1997
Şəhid olub: 26.11.2020
Rütbə: Əsgər

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Elvin Əliyevdir.

Əliyev Elvin Bəhruz oğlu 26 fevrl1997-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elvin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulin rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 1 4 oktyabr 2020-ci ildə Füzuli azad olunması uğurunda gedən döyüşlərdə həlak olub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə orcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilİb.

Keçidlər