Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda yaşıllıqlara qulluq və abadlıq işləri davam etdirilir

22 may 2020 | 16:00

Suraxanı rayonunda yaşıllıqlara qulluq və abadlıq işləri davam etdirilir, mövsümlə əlaqədar genişmiqyaslı iməciliklər təşkil olunur. Ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi məqsədilə parklarda, yol kənarlarında əkilmiş ağaclara qulluq edilərək suvarma və budanma işləri aparılır, yeni ağaclar əkilir. Həmçinin, sanitar təmizliyin təmin edilməsi məqsədilə küçələr və yaşayış binalarının ətrafı məişət tullantılarından və yabanı, quru alaq otlardan təmizlənir.
Növbəti iməciliklər Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində "Atəşgah Məbədi" Dövlət - Tarix Memarlıq Qoruğunun ətraf ərazisində, İlham Şükürov küçəsində, Bülbülə gölünün kənarında, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində "Vətən Şəhidləri unudulmur" abidəsinin ətrafında, Etibar Bəkirli, Yusif Eyvazov küçələrində, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi Heydər Məscidinin yaxınlığındakı parkda, Aşağı qəsəbə küçəsində təşkil olunmuşdur.

Keçidlər