Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Suraxanı rayonu ərazisində dezinfeksiya işləri davam etdirilir

23 mart 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Suraxanı rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. Parklarda, məhəllələrdə uşaq əyləncə və idman meydançalarında, söhbətgahlarda, veteranlar guşəsində, binaların girişlərində, pilləkən qəfəslərində, liftlərdə, məişət tullantı konteynerləri meydançalarında, avtobus dayanacaqlarında dezinfeksiya işləri aparılır.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər