Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin Hövsan Olimpiya Kompleksində birgə tədbiri keçirilib

22 fevral 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatşılığı ilə Hövsan Olimpiya Kompleksində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Rüfət Həsənov, rayonun idarə, müəssisə rəhbərləri iştirakı edib.
Tədbirdə çıxış edən Əziz Əzizov bildirib ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə inşa olunan nəhəng idman kompleksləri dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri də idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur.
Rayon rəhbəri qeyd edib ki, idman hərəkatının geniş vüsət aldığı ölkəmizdə idmançılarımızın əldə etdiyi nailiyyətlər göz qabağındadır. Bu sahədə Hövsan Olimpiya Kompleksi də müəyyən nailiyyətlər əldə edib. Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilib. İdman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İdmançı olmaq çox şərəfli bir peşəyə çevrilib.
Əziz Əzizov diqqətə çatdırıb ki, ölkəmizdə inşa edilən idman kompleksləri, eyni zamanda uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafı, sağlam böyüməsi, mənfi vərdişlərdən uzaqlaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bu komplekslərin inşa edilməsinin əsas məqsədlərindən biri də elə yeniyetmə və gəncləri buraya cəlb etmək, onları mənəvi və pis vərdişlərdən uzaqlaşdırmaq və gələcək üçün sağlam nəsil yetişdirməkdir. Bu məsəldə təbliğatın böyük rol oynadığı hamıya məlumdur. Bu baxımdan Hövsan Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına və kütləviliyinin təmin olunmasına öz töhfəsini vermək üçün öz işini yenidən qurmal, yaradılan şəraitdən səmərəli istifadə etməlidir. İdarə, müəssisə rəhbərləri də çalışmalıdırlar ki, əməkdaşları, əhalinin müxtəlif yaş qrupları da öz sağlamlıqlarının qeydinə qalaraq vaxtaşırı kompleksin xidmətlərindən istifadə esinlər.
Tədbirdə çıxışı edən Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Rüfət Həsənov qeyd edib ki, universal idman zalı, müasir standartlara uyğun üzgüçülük hovuzu, futbol stadionu, basketbol, voleybol, tennis meydançaları və digər idman qurğularının fəaliyyət göstərdiyi bu idman mərkəzində müxtəlif yarışların, təlim-məşq toplantılarının, tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kompleksin rəhbərliyi bu imkanlardan səmərəli istifadə edərək gənclərin bu kompleksə axınını təşkil etməlidir. Yeniyetmə və gəncləri isə kompleksin xidmətlərindən daha çox yararlanmağa dəvət edirəm.

Keçidlər