Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü silsilə tədbirlərlə qeyd edilir

06 may 2019 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər rayonun təhsil, səhiyyə, sənaye müəssisələrində davam edir. Növbəti tədbir  rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının, YAP Suraxanı Rayon Gənclər Birliyinin  təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsində Neftçilər parkında keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov iştirak etmişdir.
YAP Suraxanı Rayon Gənclər Birliyinin çöxsaylı fəallarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə fləşmob təşkil edilmiş, sonra isə bir-birindən maraqlı musiqi nömrələri təqdim olunmuşdur.
Neftçilər parkında eyni zamanda, Qurban Abbasov adına Mədəniyyət sarayının kollektivi sakinlər qarşısında bayram konserti ilə çıxış etmişdir.

Keçidlər