Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Hövsan qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

09 iyun 2018 | 16:00

9 iyun 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış sahəsində sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

 

Keçidlər