Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 13 nömrəli BŞX-də Ulu Öndərin xatirəsi anıldı

05 dekabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirləri  təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir rayonun 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilmişdir. Tədbirdə 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının kollektivi də iştirak etmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il keçir. Azərbaycan tarixində dövlətçiliyimizin xilaskarı olaraq əbədi qalan, bütün dünyada görkəmli siyasi və dövlət xadimi kimi tanınan Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Böyük şəxsiyyət Heydər Əliyev dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev bildirdi ki, bu gün Ulu Öndər Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilmişdir. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmiz davamlı inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və ölkə xaricindiə bir sıra iri layihələr reallaşdırılır.
Tədbirdə çıxış edən 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri Camaləddin Məlikov, Ceyran Əmirova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Mehriban Hüseynova Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışdılar.

Keçidlər