Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənim yay tətilim-2017” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb

08 oktyabr 2017 | 16:00

Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı reallaşan sərgi məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə gerçəkləşib. Sərgidə 120-dək balaca fırça ustasının 150-dən çox müxtəlif mövzulu sənət əsəri nümayiş olunub. Sərgi çərçivəsində qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, 15 yaşadək fırça ustalarının qatıldığı müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlərə üstünlük verilib.
Bu müsabiqədə əsasən Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Şəki şəhər Uşaq Rəssamlıq Məktəbi, Zığ qəsəbəsi Mədəniyyət Evi uşaq rəssamlıq kursu, Xırdalan qəsəbəsində yerləşən “Uğur” Tədris Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, o cümlədən Qax, Binəqədi, Suraxanı, Sabunçu və digər rayonlardan olan məktəblilər fəallıq göstərib.

Keçidlər