Şriftin ölçüsü :

Saytın rəngi :

327 nömrəli tam orta məktəbdə cari təmir işləri yekunlaşmışdır

12 sentyabr 2017 | 16:00

2017-2018-сi tədris ilinə hazırlıq məqsədi ilə Rayon İcra Hakimiyyəti tərəfindən 327 nömrəli tam orta məktəbdə aparılan cari təmir işləri yekunlaşmışdır. Məktəb şagirdləri qəbul etməyə tam hazırdır.
3 korpusdan və zirzəmidən ibarət olan məktəbin ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün məktəbdə informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışaqədər hazırlıq fənn kabinetləri, 250 nəfərlik akt zalı, “Smart” sinif otağı var. “Smart” sinif otağında quraşdırılmış Simsiz şəbəkə, Rəqəmsal podium, İnteraktiv Smart LCD, Planşet komputer və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və tədris prosesini gücləndirir.

Keçidlər