Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Bir bələdiyyə - azı bir layihə” proqramı uğula həyata keçirilir

14 avqust 2017 | 16:00

“Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Bülbülə bələdiyyəsi tərəfindən Bülbülə qəsəbəsində yerləşən kənd qəbiristanlığında yerləşən və sahəsi 350,0 kv.m olan Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulmuş, 11 şəhidin xatirəsi əbədiləşdirilmişdir.
İş prosesində həmin ərazidə 72,0 p.m beton özül, 30,0 p.m beton dirək quraşdırılmış, 60,0 p.m beton bərkitmə işləri aparılmış, 350,0 kv.m hörgü işləri görülmüş, 620,0 kv.m döşəmə və divar aqlay daşı ilə üzlənmiş, 20,0 p.m su xətti çəkilmiş, 130,0 kv.m yaşıl çəmən düzülmüş, 150 ədəd dekorativ, 50 ədəd qızıl gül əkilmişdir. Hal hazırda qəbiristanlığın 120,0 p.m uzunluğunda olan hasarının tikintisi aparılır və yaxın günlərdə başa çatdırılacaqdır.
Ümumiyyətlə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Proqramı çərçivəsində cari ildə eyni zamanda Hövsan qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış “1941-1945” abidə kompleksi əsaslı təmir edilmiş, 1150 kv.m. ərazi abadlaşdırılmış, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində 250 kv.m qazon əkilmiş, ağacların və yaşıl çəmənin suvarılması üçün 300 p.m. su xətti çəkilmişdir.

Keçidlər