Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Aztəminatlı Ailələrin Dövlət Dəstəyi Haqqında Maarifləndirilməsi” adlı tədbir keçirilmişdir

15 iyul 2017 | 04:00

Suraxanı Rayon İcra Hakimiyyəti “Sosial Tərəgginin Dəstəklənməsi” İctimai Birliyi ilə birgə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Suraxanı Rayon Məşqulluq Mərkəzinin zalında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas elementlərindən biri olan aztəminatlı ailələrə dövlət dəstəyinin təbliği, əhalinin maarifləndirilməsi məqsədi ilə “Aztəminatlı Ailələrin Dövlət Dəstəyi Haqqında Maarifləndirilməsi” adlı layihəni reallaşdıraraq dəyirmi masa təşkil etmişdir. Dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Suraxanı Rayon Məşqulluq Mərkəzinin əməkdaşları, rayon ziyalılarının bir qrupu, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Maarifləndirici tədbiri giriş sözü ilə açan Suraxanı Rayon Məşqulluq Mərkəzinin müdiri Sənan Məmmədzadə ölkəmizdə vətəndaşların rifah halını yaxşılaşdırilması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq səviyyəsinin artırılması, işsiz vətəndaşların işlə təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verdi.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin sosial yönümlü iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əhalinin sosial müdafiəsinin və maddi rifah halının daha da gücləndirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müdrik rəhbərliyi altında ölkəmizdə həyata keçirilən sosial siyasət əhalinin etibarlı sosial müdafiəsinə, əhalinin müxtəlif təbəqələrinin, xüsusi ilə aztəminatlı ailələrin və sosial cəhətdən həssas təbəqənin həyat keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaratmışdır.
“Aztəminatlı Ailələrin Dövlət Dəstəyi Haqqında Maarifləndirilməsi” adlı layihənin rəhbəri Lamiə Həsənova layihə haqqında ətraflı məlumat verdi.
“Sosial Tərəgginin Dəstəklənməsi” İctimai Birliyinin sədri Qasım Həsənov ölkədə aparılan sosial siyasət, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial müdafiəsi məqsədi ilə imzaladığı Fərman və Sərəncamlar barədə maarifləndirici tədbirin iştirakçılarına ətraflı məlumat verdi və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.

Keçidlər