Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə genişmiqyaslı abadlıq, təmizlik işləri görülür

29 aprel 2017 | 16:00

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil, səhiyyə, sənaye və digər müəssisələrdə silsilə tədbirlər keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır, müxtəlif ərazilərdə  çoxlu sayda ağac, gül, bəzək kolları əkilir.
  Ümummilli Lider Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilib, bununla bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. 
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il yüz minlərlə ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.
  Dahi Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti ümumrayon iməciliyi Əmircan–Qaraçuxur yolunun ətrafında reallaşıb. 300 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında yolun kənarları təmizlənib, abadlıq işləri görülüb, mövcud olan yaşıllığa qulluq edilib və ərazidə         500-dən artıq zeytun ağacı əkilib.
Rayonda ağacəkmə aksiyalarının davamlı şəkildə həyata keçirilməsi nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
  Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, rayonun ekoloji durumunun sağlamlaşdırılması tədbirləri mütəmadi davam etdirilir. Neftlə çirklənmiş torpaqlarda görülən işlər nəticəsində  son illərdə müxtəlif ölçülü 100-dən çox gölməçə qurudulub, mədən ərazilərində çoxlu sayda ağac və kol əkilib.

Keçidlər