Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı raynunda ağacəkmə ruh yüksəkliyi ilə davam edir

04 mart 2017 | 16:00

23 fevral 2017-ci il tarixdə keçirilmiş “Suraxanı rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağından əvvəl tədbir iştirakçıları Heydər Əliyev parkında  həmişəyaşıl ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmiş, Əmircan qəsəbəsində Balandin küçəsində 500 ağac əkilmişdir.
Rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsi böyük ruh yüksəkliyi ilə davam etdirilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası 4 mart 2017-ci il tarixdə  rayonun Əmircan – Qaraçuxur yolunun ətrafında keçirilmişdir. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov,  rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 250 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 600-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər