Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

02 mart 2017 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 85, 87, 114, və 226 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Açıq dərsdə 114 nömrəli tam orta  məktəbin müəllimi Fatimə Zülfüqarova “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusudur”, 226 nömrəli tam orta  məktəbin müəllimi Təranə Cəbiyeva “Heydər Əliyev və Müasir Azərbaycan Mədəniyyəti”, 85 nömrəli tam orta  məktəbin müəllimi Aynur Əsgərova “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı” mövzularında dərs dedilər.
Müəllimlər qeyd etdilər ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirmişdir. Ümummilli Liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycanın bünövrəsi qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev Vətənini, millətini, dövlətini bütün varlığı ilə sevən insan idi. Vətəninin çiçəklənməsi, millətin yüksəlməsi, dövlətin inkişafı üçün nə mümkünsə etdi və Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər