Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 25-ci ildönümü geniş qeyd edilir

22 fevral 2017 | 16:00

“Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli, “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 24 yanvar 2017-ci il tarixli Sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir rayonun səhiyyə işçilərinin iştirakı ilə 13 nömrəli Birləşmiş şəhər xəstəxanasında təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş şəhər xəstəxanasın baş həkimi Zümrüd Abdullayeva bildirmişdir ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd etmişdir ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqirimina məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qışında Xocalıda üzləşdi. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyəcəkdir.
Afət Həsənova bildirmişdir ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı tərətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə başlanıldı.
Bu siyasət bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Afət Həsənova xüsusi vurğulamışdır ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər olduqca təqdirəlayiqdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət"  kampaniyası dünyanın bir çox ölkəsində yüzlərlə könüllünün iştirakı ilə davam etdirilir və bu işə öz töhfəsini verməkdədir.
Tədbirdə Xocalı sakini Qədim Abbasov, 8 nömrəli Birləşmiş uşaq xəstəxanasının şöbə müdiri Ədilə Abbasova çıxış etdilər.
Sonda tədbir iştirakçıları 114 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxdılar.

Keçidlər