Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “9 Noyabr-Dövlət Bayrağı günü” və “12 Noyabr – Konstitusiya günü ” münasibəti ilə silsilə tədbirər davam edir

08 noyabr 2016 | 16:00

Suraxanıda “9 Noyabr-Dövlət Bayrağı günü” və “12 Noyabr – Konstitusiya günü ” münasibəti ilə  silsilə tədbirər davam edir. Növbəti belə tədbir Rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyadır. Aksiyada “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin həkim heyəti rayon sakinlərinin göz müainəsini həyata keçirirlər.
"İşığlı Həyat" aksiyasının keçirilməsində məqsəd gözündə müəyyən xəstəliklər olan şəhid və aztəminatlı, imkansız ailələrdən, rayonda məskunlaşmış məcburi köçkünlərdən bir qisminə Azərcellin təqdim etdiyi xüsusi avadanlıqlarla təchiz olunmuş Mobil Göz klinikasında (avtomobildə) həkimlər tərəfindən oftalmoloji xidmər göstərməkdir. Ehtiyac yarandıqda xəstələrin  “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin xəstəxanasında pulsuz əməliyyat olunması da nəzərdə tutulmuşdur.
Aksiyanın rayonun Əmircan, Zığ və Hövsan qəsəbələrində keçiriləcəkdir.
İlk olaraq 8 noyabr tarixdə Əmircan qəsəbəsində, 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qarşısında yerləşdirilmiş Mobil Göz klinikasında (avtomobildə) həkimlər tərəfindən  oftalmoloji müayinəyə ehtiyacı olan 35 nəfər Əmircan,  Bülbülə və Yeni Suraxanı sakininə xidmər göstərməkdir.
Müayinə olunan xəstələr yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyası 10 noyabr tarixdə Zığ qəsəbəsində, 15 noyabr tarixdə isə Hövsan qəsəbəsində keçiriləcəkdir.

Keçidlər