Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günündə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

08 noyabr 2021 | 16:00

Bu gün, Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirən Vətən müharibəsində qazandığımız Böyük Qələbənin qeyd olunduğu 8 Noyabr – Zəfər Günündə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

400 ədəd ağacın əkildiyi aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar BayramovRİHB-nin müavinləri, şöbə müdirləri və əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, Suraxanı Rayon Gənclər Evinin direktoru iştirak etmişlər.

 

 

Keçidlər