Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 2 saylı Uşaq evində uşaqlarla görüş təşkil olunub.

30 iyul 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundovanın və RİHBA-nın əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə qayğıya ehtiyacı olan kimsəsiz uşaqlar üçün açılan şirniyyat və nahar süfrəsi, təşkil olunan əyləncəli proqram uşaq evinin sakinlərinin sevincinə səbəb olub.
Qeyd edək ki, keçirilən xeyriyyə tədbirində cəmiyyətimizin sabahı olan bu məsum yeniyetmələrin qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmalarının vacib olduğu və bu gün onlara göstərilən diqqət və qayğının, yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi birbaşa dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim nəzarətində olduğu vurğulanmışdır.

Keçidlər