Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı Uşaq evində Qurban bayramı münasibətilə bayram süfrəsi açılıb

21 iyul 2021 | 16:00

İyulun 21-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən 2 saylı Uşaq evində Qurban bayramı münasibətilə bayram süfrəsi açılmışdır.
Qeyd edək ki, RİH-in məsul əməkdaşlarının iştirakı ilə keçirilən xeyriyyə tədbirində cəmiyyətimizin sabahı olan bu məsum yeniyetmələrin qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmalarının vacib olduğu və bu gün onlara göstərilən diqqət və qayğının, yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi birbaşa dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim nəzarətində olduğu vurğulanmışdır.
Uşaqları Qurban bayramı münasibətilə təbrik edən RİH əməkdaşları onlara xoşbəxt gələcək arzulayıblar.

Keçidlər