Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 12-də, Vətən müharibəsinin Şəhidi Məmmədov İsa Nazim oğlunun 21 yaşı tamam olur.

12 iyun 2021 | 16:00


Şəhidin doğum günü ilə əlaqədar onun xatirəsi ehtiramla yad edilərək Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri Şəhidin Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində yaşayan ailəsinə baş çəkərək məzarını ziyarət ediblər.
Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək dərin hüznlə başsağlığı  verilmiş və ərzaq yardımı göstərilmişdir.

Keçidlər