Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı, polkovnik-leytenant Elşən Qarayevin doğum günüdür.

23 may 2021 | 16:00

Azərbaycan xalqını Böyük Qələbəyə aparan və zəfər səlnaməmizin başlanğıcı sayılan Aprel döyüşlərində böyük şücaət göstərərək yaralanan, rayonumuzun sakini Qarayev Elşən Nüsrət oğlunu  doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzu edirik.
Vətəni sevmək böyük dəyərdir. Bu dəyəri qorumaq üçün öz sağlamlığını qurban verən Elşən Qarayev kimi vətənpərvər, qorxmaz, cəsur, igid oğullarımızla qürur duyuruq.
Qeyd edək ki, göstərdiyi şücaətə görə Elşən Qarayev "Qüsursuz xidmətə görə", "Vətən naminə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

Keçidlər