Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri qəbul olunaraq müraciətləri qeydə alınır

06 aprel 2021 | 16:00

Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanan Artilleriya divizionunun top komandiri Əlişli Cəlal Rafiq oğlu müraciəti əsasında Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində qəbul olunarkən şöbənin əməkdaşı Qurbanəli İslamov tərəfindən onun problemləri qeydə alınmışdır.
Həmçinin şöbə müdiri Elmar Hüseynov qazimiz çavuş Cəlal Əlişlinin xidməti travma nəticəsində danışıq çətinliyinə görə atası ilə birlikdə söhbət aparmışdır. Söhbət zamanı qazinin xidməti vəzifələrini yerinə yetirməsi ilə bağlı məlumatlar dinlənilmiş, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açılmışdır.
Cəlal Əlişlinin müraciətinin işlə təmin edilməsi ilə bağlı olduğu, eləcə də onun bərbər ixtisası üzrə texniki peşə məktəbini bitirdiyi müəyyən edildiyindən şöbə müdiri Elmar Hüseynovun RİH başçısına məruzəsi əsasında məsələnin həlli məqsədilə aidiyyəti üzrə 3 saylı Ərazi Məşğulluq Mərkəzinin Suraxanı rayon Şöbəsinə müraciət ünvanlanmışdır.

Keçidlər