Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Bakı şəhərində keçirilən ümumşəhər iməciliyi çərçivəsində Suraxanı rayonunda da təmizlik işləri həyata keçirilib

23 yanvar 2021 | 16:00

RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, idarə və təşkilatların əməkdaşlarının, təsərrüfat xidmətlərinin iştirakı ilə keçirilən ümumrayon iməciliyində təmizlik işləri görülüb, ağacların dibi, ətraf ərazi quru alaq otlardan təmizlənib, ağacların quru budaqları budanıb, yol kənarlarında yerləşən ictimai-iaşə və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub və ərazilərdə abadlıq işləri aparılıb.
Qeyd edək ki, Suraxanı rayonunda mütəmadi təşkil olunan abadlıqla bağlı iməcliklər, ərazinin yaşıllaşdırılması və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinə, insanların sağlamlığının təmin edilməsinə, estetik görünüşün daha da yaxşılaşdırılmasına xidmət edir və görülən işlər davamlı olaraq həyata keçirilir.

Keçidlər