Şriftin ölçüsü :

Saytın rəngi :

Qarlı hava şəraitində Suraxanı rayonunda lazımi təxirəsalınmaz tədbirlər görülür

21 yanvar 2021 | 16:00

Sinoptiklərin hava şəraitinin dəyişəcəyi, sulu qar və qar yağması, yolların buz bağlaması  ilə bağlı etdikləri xəbərdarlıqları nəzərə alaraq Suraxanı rayonunda lazımi təxirəsalınmaz tədbirlər görülmüş, “Rayon təsərrüfatının 2020-2021-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” Rayon İcra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış komissiya gücləndirilmiş iş rejimində çalışaraq xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilmiş, kifayət qədər duz və qum  ehtiyatı hazırlanmışdır.
Səhər saatlarından yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib.
Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət edərək ehtiyatlı olmağı, qarlı havada təcrübəsiz sürücülərin yola çıxmamasını tövsiyə edirik.

 

Keçidlər