Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyada hökm sürən koronavirus pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vurmuş, neftin qiymətinin də kəskin azalmasına səbəb olmuşdur!

08 yanvar 2021 | 16:00

Hazırda bütün dünyanı cənginə alan, elə ölkəmizdən də yan keçməyən koronavirus pandemiyası dövrünü yaşayırıq. Tibb cəhətdən inkişaf etmiş ölkələr belə hazırda virusun məhv edilməsi istiqamətində səylə çalışırlar. 2020-ci il isə xalqımız üçün olduqca mühüm əhəmiyyət kəsb edən il oldu. Pandemiya şəraitində yaşamağımıza baxmayaraq, müzəffər ordumuzun parlaq qələbəsi sanki geridə qoyduğumuz ili aydınlatdı.
Artıq bir ilə yaxındır ki, dünyada hökm sürən koronavirus pandemiyası ən güclü ölkələrdən tutmuş inkişafda olan ölkələrə qədər hər birinin iqtisadiyyatına ağır zərbə vurmuş, eyni zamanda neftin qiymətinin də kəskin azalmasına səbəb olmuşdur.
COVİD-19 virusuna qarşı peyvəndin tapılması və məhdudiyyətlərin nisbətən yumşaldılması bütün dünyada enerji qiymətlərinin artmasına səbəb olmuşdur.
Neftin qiymətinin enməsinə baxmayaraq bütün bu dövr ərzində yeni sosial paket hazırlanmış və əhalinin rifahına hesablanmış paketlər ölkə üzrə 5 milyona qədər vətəndaşı əhatə etmişdir.
Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda yanacağın qiymətinin çox aşağı olması gizlin yanacaq daşınmasına gətirib çıxarmış, eyni zamanda çoxsaylı avtomobillərin ölkəyə idxalına səbəb olmuşdur. Odlar Yurdu ölkəmizə qonşu olan dövlətlərdə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir, Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir.
Gəlin etiraf edək ki, ölkəmizdə yanacaq ucuzluğu səbəbindən doğurdan da çoxsaylı avtomobil istismarı var və bu da ekoloji tarazlığın pozulmasına, tıxacların yaranmasına və bir çox digər mənfi halların ortaya çıxmasına səbəb olmuşdur. Aİ-92 markalı yanacağın qiymətindəki dəyişiklik ictimai nəqliyyatdan istifadəni və qənaətcil avtomobillərin istifadəsini stimullaşdıracaqdır. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.
Müharibədən və ağır pandemiyadan çıxmış bir ölkə üçün qiymət qaçılmaz addım idi və bu artımın ayrı ayrı vətəndaşların büdcələrinə kəskin təsir edəcəyi gözlənilmir.

Suraxanı rayonu sakini, hüquqşünas Rzayeva Esmira

Keçidlər