Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik və orta biznesə dəstək, işgüzarlığın artırılması ölkə iqtisadiyyatına və insanların yaşayış rifahının yüksəldilməsinə hesablanmış ən vacib amildir!

21 dekabr 2020 | 16:00

IFC (Beynəlxalq Maliyyə Korporasiyası) və  Dünya Bankının 2003-cü ildən birgə həyata keçirdiyi layihəsi “Doing Business-Ölkələrdə iş görmə sadəliyi” üzrə 185  ölkə üzrə araşdırmalar aparmaqdadır. Layihə çərçivəsində şirkətlərin yaradılması, vergi siyasətləri, məşğulluq, lisenziyalaşdırma prosesi və bu ölkələrin investisiya mühitinə təsir göstərə biləcək investorların qorunması kimi müxtəlif göstəricilər əsasında müqayisəli reytinq verilir və bu mövzuda illik hesabatlar dərc edilir.
Doing Business hesabatları əsasən iqtisadiyyatları, bir işə başlamaq və qorumaq, ölkələrarası ticarət, vergilərin ödənilməsi və bir müəssisənin bağlanması üçün dövlət tələblərinin yerinə yetirilməsinin vaxtı və xərclərini göstərən 10 iş tənzimləmə göstəricilərinə əsaslanaraq sıralayır.
Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Təəsüf ki, 27 avqust 2020-ci il tarixdə belə bir beynəlxalq müstəvidə həyata keçirilən layihədə uyğunsuzluqlara rast gəlindiyi elan olunmuşdur. Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur.
Yenilənərək ictimaiyyətə təqdim olunmuş cədvəllə bağlı öz fikirlərimi bildirsəm, deyə bilərəm ki, son illərdə Azərbaycanda biznes imkanları genişləndirilmiş, xüsusilə gənc yaş  kateqoriyası üçün geniş və sadələşdirilmiş prosedurlar təyin edilmiş, vergi və gömrük xidmətləri, sertfikiyasiya prosesi şəffaflaşdırlımış və bu sahədə elektron xidmətlərə daha çox yer verilmişdir.
Son illər ərzində  ölkədə sahibkarlıq tənzimləyən qaydalar, sahibkarlığa  dövlət maliyyə mexanizmi işə salınmış, ölkədə bəzi məhsulların ixrac rüsumu ləğv edilmiş, idxalda rüsumların  kiçik faizlik maksimal həddi müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük diqqətin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm sənəddir.
Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.

Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva

Keçidlər