Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda əhalinin sosial rifah halının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

23 oktyabr 2020 | 16:00

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan yaşayış binalarının dam örtüklərinin, pilləkən qəfəslərinin təmiri işləri aparılır, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə olması daim nəzarətdə saxlanılır.
Hazırda qışa hazırlıq tədbirləri çərçivəsində Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60 ünvanda yerləşən 1, 2, 3 saylı, C.Qurbanov küçəsində yerləşən 95 saylı binalarda dam örtükləri təmir edilir, tüstü bacaları təmizlənir, fasad hissələr emulsiya ilə rənglənir, girişlərdə sıradan çıxmış qapılar bərpa olunur, pilləkən qəfəslərində pəncərələr dəyişdirilir.

Keçidlər