Şriftin ölçüsü :

Saytın rəngi :

Son 200 illik tariximizdə ilk dəfə olaraq Azərbaycan itirdiyi torpaqları geri almağa başlayaraq bir ilkə imza atır.

17 oktyabr 2020 | 16:00

Bu günlərdə dövlətimiz, xalqımız Ulu Öndər Heydər Əliyevin təcrübəli, qətiyyətli bir siyasətçi olaraq yetişdirib xalqımıza bəxş etdiyi Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı bir tarix yazır. Son 200 illik tariximizdə ilk dəfə olaraq Azərbaycan itirdiyi torpaqları geri almağa başlayaraq bir ilkə imza atır. Əminəm ki, bu bizim gələcək nəsillər üçün də ölkəmizi inkişaf etdirmək, daha da irəliyə aparmaq adına tarixi bir örnək, bir stimul olacaq.
Azərbayacan bu gün xain və namərd bir düşmənlə üz-üzədir. Ordumuzun ard-arda gələn şanlı zəfərləri düşməni daha da azğınlaşdırır. Tarix boyu hər zaman öz alçaqlığı, qəddarlığı ilə seçilən erməni faşistləri mülki əhaliyə hücum edərək öz çarəsizliyini və bu çarəsizlikdən irəli gələn azğınlığını bütün dünyaya bir daha nümayiş etdirir. Sivil xalqı raket zərbələri ilə qətlə yetirmək, cəbhə xəttindən yüz kilometrlərlə uzaqda yerləşən Gəncə, Mingəçevir kimi böyük şəhərləri və burada yaşayan minlərlə dinc sakini yaşlı, qadın, uşaq demədən qətlə yetirmək yalnız erməni faşistlərinin edə biləcəyi bir vəhşilikdir. Güclü Azərbaycan ordusu bunlara misliylə cavab vermək iqtidarında olduğu halda sivil xalqı hədəf almır, öz humanistliyini bir daha bütün dünyaya göstərir.
Azərbaycanın bu haqq işini Türkiyə, Pakistan kimi qardaş ölkələrin birmənalı şəkildə dəstəklədiyi halda erməni faşistlərinin törətdiyi bu soyqırıma bəzi dünya ölkələri göz yumur və onlara dəstək verir. Buna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanınması xalqımızın bu savaşda haqlı olduğunu bir daha sübut edir. İllərdir sülhpərvər bir xalq olaraq danışıqlarda göstərdiyimiz humanistlik müharibədən yana deyil, sülhdən yana olduğumuzu ortaya qoyur. Lakin bu, Azərbaycanın zəif bir dövlət olduğunu göstərmir. Bu gün Azərbaycanın nə qədər güclü olduğunu cəbhədə erməni əsgərləri daha yaxşı başa düşür. Dövlət Başçımızın nə qədər qətiyyətli, uzaqgörən bir siyasətçi olduğunu hətta düşmənlərimiz belə qəbul edir.
Azğın erməni əsgərlərinin ordumuz tərəfindən məhv edilməsi, onların milyardlarla dollarlıq texnikalarının sıradan çıxarılması, bu gün qorxudan panikaya düşmüş, öz xalqını məhvə aparan, bacarıqsızlığı və təcrübəsizliyi ilə çarəsiz qalan Ermənistanın işğalçı hərbi -siyasi rəhbərliyini sülh masasına qaytarmaq üçündür. Azərbaycan bu məsələdə sülhdən yana olduğunu Moskva anlaşmasında bir daha göstərdi. Bu anlaşmada Azərbaycanın maraqlarına cavab verən maddələrin yer alması Prezidentimiz cənab İlham Əliyevin növbəti siyasi uğurudur və əldə edilən bütün hərbi -siyasi nailiyyətlər onun nə qədər bacarıqlı, uzaqgörən və qətiyyətli bir siyasətçi olduğunu bir daha sübut edir.
Hər gün yeni torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun erməni faşistlərinə vurduğu sarsıdıcı zərbələr, Liderimizin siyasi təzyiqlər qarşısında göstərdiyi qətiyyətlilik xalqımızı qürurlandırır, eyni zamanda daha da ruhlandırır. Xalqımız hər an öz Lideri ilə birgə olduğunu, onun arxasında dağ kimi dayandığını coşğu ilə nümayiş etdirir. Bu Xalq-Lider birliyinin çox yaxın zamanda bütün torpaqlarımızın işğaldan azad ediləcəyi və bu torpaqlarda şanlı Azərbaycan bayrağının dalğalanması ilə nəticələnəcəyindən əmin olduğumuzu qətiyyətlə bir daha vurğulayırıq. Vətənini sevən hər bir azərbaycanlı kimi mən də buna əminəm. Və sonda Liderimizin dediyi kimi «Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!»

Suraxanı Rayon Gənclər İdarəsinin rəis müavini Elşən Atakişizadə

Keçidlər