Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 1-də Suraxanı rayonunda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

01 avqust 2020 | 16:00

Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Suraxanı rayonunda zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Avqustun 1-də Suraxanı rayonunda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Rayon ərazisində dezinfeksiyaedici kimyəvi maddələrlərdən istifadə edilməklə çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında səkilərdə, yol kənarlarında, parklarda, obyektlərin qarşısında, avtobus dayanacaqlarında, məhəllələrdə, həmçinin xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə küçələrdə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Keçidlər